Satış nümayəndəsi (B2B) vakansiyası
Satış nümayəndəsi (B2B)
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

— Əmək haqqı: fix+faiz
— İş yeri: Pullman Residence (M.Müşfiq 1C)
— İş qrafiki: 5 günlük, 09:00-18:00
— Vəzifə və öhdəliklər:

— Şirkətin hədəflərinə cavab verən satış strategiyasını yaratmaq və onu həyata keçirmək;
— Aylıq, rüblük və illik satış planlarını və hədəflərini yerinə yetirmək;
— Gündəlik müştərilərlə görüşlərdə iştirak etmək və müştəri ehtiyaclarını müəyyən etmək (ticarət obyektlərini\şirkətləri ziyarət etmək);
— Bütün mövcud və potensial müştərilərlə müntəzəm olaraq işgüzar münasibət saxlamaqla müştəri bazasını genişləndirmək, şirkətin məhsulları haqqında məlumat vermək;
— Müştəridən gələn sorğuları analiz etmək və müvafiq qiymət təkliflərini hazırlamaq;
— Bütün müştəriləri yeni daxil olan məhsullar və endirimlər barədə mütəmadi məlumatlandırmaq;
— Müştərilər tərəfindən bütün fakturaların vaxtında və tam şəkildə ödənilməsini tələb etmək;
— Verilən sifarişləri qəbul etmək və müvafiq malların satış üçün anbarda olmasını araşdırmaq;
— Bazar araşdırması aparmaq və yeni müştərilər cəlb etmək;
— Şirkəti sərgilərdə və müxtəlif tədbirlərdə (Bakı və regionlarda) təmsil etmək.

Əsas tələblər

— İqtisadiyyat, menecment və ya oxşar sahədə ali təhsil -üstünlükdür;
— Satış sektorunda azı 2 illik iş təcrübəsi;
— Kitab və müəlliflər haqqında məlumatlı olmaq;
— MS Office proqramlarında sərbəst işləmə qabiliyyəti;
— Yüksək və effektiv ünsiyyət qurmaq qabiliyyəti;
— İşgüzar etika qaydalarını rəhbər tutaraq danışıqlar aparmaq qabiliyyəti;
— Yüksək analitik düşüncə, problemləri həll etmə bacarıqları;
— Fərdi və komanda şəklində effektiv çalışma bacarığı;
— Təqdimat hazırlamaq bacarığı;
— Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
— E-mailin mövzu yerində b2b sales\b2b satış yazıla bilər. 

Oxşar vakansiyalar