Mağaza direktoru vakansiyası
Mağaza direktoru
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

— Mağazanın ümumi fəaliyyətini təşkil edir;
— Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
— Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir; 
— Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
— Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
— Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
— İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
— Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
— Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
— Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;
— Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
— Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
— Mal qalıqlarına nəzarət və uçotun aparılması;
— Assortimentin və satışın analizi;
— Daxili inventarizasiyanın aparılması;
— Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
— Görülən işlərin qeydinin aparılması
— İş qrafiki: 5 günlük iş qrafiki
— Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər). Orta aylıq əmək haqqı satışlardan asılı olaraq 1500-2500 manat.

Əsas tələblər

— Təcrübə: Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı (qida sektoru istisna olmaqla)
— Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
— Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
— Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
— Analitik təhlil qabiliyyətinə sahib olmalı;
— MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
— Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
— Yaş: 25-40
— Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C 
— Təhsil: Orta ixtisas/Ali təhsil
— Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza direktoru” qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar