Satış nümayəndəsi vakansiyası
Satış nümayəndəsi
Razılaşma ilə
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

— Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək;
— Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
— Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
— Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
— Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
— Satışın stimullaşdırılması üçün təkliflər vermək;
— Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
— Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
— Yanacaq və amartizasiya xərcləri qarşılanacaq;
— Əmək haqqı 500-1000 azn ;

Əsas tələblər

— Şəxsi avtomobil mütləq olmalıdır;
— Sürücülük vəsiqəsi;
— Ali təhsil;
— Yaş həddi 25-40 arası;
— Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);
—  Komandada və stres altında işləmək bacarığı;
— Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
— Ünsiyyətcil və inandırma bacarığı;
— Öz üzərində işləyən, inkişafa meyilli;
— Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
— Satış analizini aparmaq bacarığı;
— Vaxtın səmərəli idarə olunması bacarığı;
— Bakı şəhərində qeydiyyatda olmalı;
— Satış (xüsusilə HoReCa) sahəsində təcrübə;
— Ünvan: Nəsimi rayonu , Abbas Səhhət küç.40
— Tələblərə uyğun namizədlər mövzu yerində “satış nümayəndəsi” yazmaqla öz CV-lərini göndərə bilərlər.

Oxşar vakansiyalar