Sürücü
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Bakı
Vəzifə funksiyaları:
• Təyin olunmuş marşrut üzrə və qeyd edilən vaxtda sərnişinlərin daşınması
• Ehtimal olunan nasazlıq zamanı rəhbərliyə məlumatın verilməsi və nasazlıqların aradan qaldırılması
• Nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması
• Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edilməsi
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
İş şəraiti
• İş qrafiki: 5 günlük (09:00-18:00)
• Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sürücü” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əsas tələblər
Vəzifənin tutulmasına dair tələblər:
• Yaş həddi: 25-40
• Cinsi: kişi
• İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
• Şəhəri yaxşı tanımalı
• Müştəri ilə işləmək qabiliyyəti
• İntizamlı və məsuliyyətli olmalı
• Sürücülük vəsiqəsi – B,C,D kateqoriya
• Yol hərəkəti və nəqliyyat vasitələrinin texniki istismarı qaydalarını həmçinin nəqliyyat vasitələrinin qarajlarda və açıq dayanacaqlarda saxlanılması qaydalarını bilməli