“İstehsalat Müdiri (Şəmkir)”
İş barədə məlumat
Qrafik:
Tam iş günü
Şəhər: Şəmkir
Vəzifədən gözləntilər:
1.Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
2.İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək;
3.Müəsissədə gündəlik istehsal sifarişinin səmərəli şəkildə təşkili və idarə edilməsini təmin etmək;
4.Sifarişə uyğun məhsul istehsalının təşkili və icra olunmasına nəzarət etmək;
5.İstehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
6.İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
7.Xammallardan qənaətlə istifadə etməklə, texnoloji proseslərə ardıcıl əməl etməklə məhsul istehsalını təşkil etmək;
8.İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına əməl olunmasına daim nəzarət etmək;
9.Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
10.Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət etmək;
11.İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etmək;
12.İstehsal edilən məhsulların keyfiyyətinə nəzarət etmək;
13.Xammal stok ehtiyatını nəzarətdə saxlamaq;
14.Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
15.İstehsalla bağlı ortaya çıxan problemləri dərhal aradan qaldırmaq üçün həll yolları axtarmaq.
Vəzifə üzrə səriştələr:
•Məsuliyyətlilik və sahiblənmə
•Keyfiyyətlilik və effektivlik
•Analitik düşünmə bacarığı;
•Nümunəvi rəhbərlik
•Komandada işləmə bacarığı
•Təhlil etmə bacarığı;
•Risklərin idarəedilməsi
•Qiymətləndirmə bacarığı;
•Detallara diqqət yetirmə;
•Məsuliyyətli və intizamlı;
•Strateji yanaşma
•Problem həll etmə;
•Çeviklik.
İş Şərtləri
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
İş rejimi: 6 günlük
Servis: Yanacaq ilə təmin edilir.
Nahar: Təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "İstehsalat müdiri (Şəmkir)" qeyd olunmaqla göndərə bilərlər.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əsas tələblər
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, Mühəndis-mexanik, Sənayenin təşkili və idarə olunması)
İş təcrübəsi: İstehsalat sahəsində (Qida sənayesi arzuolunandır) və zavodun idarəedilməsində 5 il təcrübə;
Dil bilikləri: Azərbaycan (əla), Rus dili və İngilis dili əlavə üstünlükdür.
Kompüter bilikləri: MS Office və CAD proqramları üzrə biliklər