Satınalma Üzrə Mütəxəssis vakansiyası
Satınalma Üzrə Mütəxəssis
1500 - 2000
İş barədə məlumat

Qrafik: Tam iş günü
Şəhər: Bakı

Tələb olunur:
- Satınalma ixtisası üzrə minimum 5 il iş təcrübəsi olmalı
- Səlis istifadəçi səviyyəsində kompüterdə işləmə bacarığı
- Riyazi məsələləri həll etmə bacarığı
- Məntiqi düşüncə tərzi
- Qramatik cəhətdən düzgün və səlist nitq
- Yeni məlumatları tez qavrama bacarığı və yaxşı yaddaş
- Stres altında işləmə bacarığı
- Komandada işləmə bacarığı
- Azərbaycan dili və ingilis dilini əla bilməli, rus dili arzuolunandır.
İş qrafiki:
- Tam iş günü
- Həftə içi 6 gün
- İstirahət günü - Bazar günü
- Yemək şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1500 manatdan başlayaraq, Müsabiqə zamanı razılaşma əsasında arta bilər.
- Azərbaycan Respublikasının ƏM üzrə rəsmi qeydiyyat
- CV-ləri yalnız e-mailə göndərilməsi tələb olunur
Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, Tosoil Y/D məntəqəsinin yanı
Maraqlanan namizədlər mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərə bilər.

Əsas tələblər

- Bazar araşdırmasının aparılması, optimal qiymətin (keyfiyyət və s.) tapılması, satınalmaların (daxili və xarici) həyata keçirilməsi, müqavilələrin imzalanması prossesi, satıcılarla müntəzəm əlaqələrin qurulması;
- Qəbul edilmiş büdcəyə nəzarət edilməklə satınalma proqramı üzərindən alışların həyata keçirilməsinə nəzarət etməli;
- Ayın əvvəlində növbəti ayların alışları haqqında təfsilatlı hesabatın təqdim edilməsi;
- Müəssisənin mallara olan təlabatının müəyyənləşməsində iştirak etməli;
- Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılmasını aparmalı;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması;
- Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi;
- Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
- Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
- Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
- Tələb olunduqda təlim sessiyaları, toplantılar və xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etmək;
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması.

Oxşar vakansiyalar