Вакансия Baş mühasib
Baş mühasib
2000 - 3000
Информация о работе

График: Полный рабочий день
Город: Bakı

- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək.
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək
- Aylıq Mənfəət hesabatını yoxlamaq, Maliyyə direktoruna təqdim etmək
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
- Dövriyyə qalıq cədvəlini hesablar üzrə yoxlamaq, uyğun sənədlərlə üzləşdirilmək

Основные требования

- Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə 
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq
- Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi
- Peşəkar mühasib sertifikatı olmalıdır
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
- Komanda ilə işləmə bacarığının olması
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq