Həkim / Koordinator
Информация о работе
График:
Полный рабочий день
Город: Bakı
- Sığortalıların müraciətlərini qəbul etmək və ilkin tibbi ekspertiza aparmaq.
- Müayinə və müalicəni tibbi proqrama uyğun təşkil etmək.
- Sığortalıları müvafiq həkimlərə və ya apteklərə yönləndirmək.
- Təcili və planlı tibbi yardımın koordinasiyasını həyata keçirmək.
- Sığortalıların müraciət və nəticələrinin uçotunu aparmaq və hesabatlar tərtib etmək.
- Müştərilərə tibbi sığorta xidmətləri haqqında ətraflı məlumat vermək və müştəri məmnuniyyətini qorumaq.
- Vəzifə təlimatına uyğun digər xidməti vəzifələri icra etmək.
- İş qrafiki: Gündəlik 7 saatdan ibarət 6 günlük iş həftəsi (şənbə yarım gün). İstirahət günü: Bazar. Aylıq iş qrafikində dövlət tərəfindən elan olunan bayram və qeyri-iş günlərinə təsadüf edən iş günləri üçün işçinin arzusu ilə əvəzgün istirahət günü verilir və ya əlavə ödəniş həyata keçirilir.
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Основные требования
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Müştəri ilə ünsiyyət qurmaq, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda işi, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
- Təhsil: Ali Tibbi (stomatologiya istisna olmaqla).
- İş təcrübəsi: Tibbi sığorta və ya səhiyyə müəssisələrində ən azı 1 il iş təcrübəsi üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. İngilis dili: arzuolunandır.
- Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.