Merçendayzer
Информация о работе
График:
Полный рабочий день
Город: Bakı
İş Barədə Məlumat:
• İş yeri - Bakı şəhəri;
• Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək;
• Fabrik məhsullarının satış nöqtələrində rəflərə düzgün və cəlbedici şəkildə yerləşdirilməsini təmin etmək;
• Məhsul ehtiyatlarını izləmək və təchizatın vaxtında təmin olunmasına nəzarət etmək;
• Məhsulların üzərində qiymətlərin və etiketlərin düzgün olmasını yoxlamaq;
• Şirkət tərəfindən təqdim olunan kampaniyaları və promosyonları satış nöqtələrində həyata keçirmək;
• Müştəri rəylərini toplayaraq rəhbərliyə bildirmək və satışın artırılması üçün təkliflər vermək;
• Satış nöqtələrində rəqiblərin fəaliyyəti ilə bağlı məlumat toplamaq və analiz etmək;
• Hesabatlar hazırlayaraq satış şöbəsinin rəhbərinə təqdim etmək;
• 6 günlük iş rejimi (09:00 - 17:00) və həftədə bir gün istirahət;
• Yol və qida xərcləri şirkət tərəfindən qarşılanır;
• Əmək haqqı : Müsahibə əsasında
Основные требования
Tələblər:
• Orta ixtisas və ya ali təhsil (Satış və ya marketinq sahəsində təcrübə üstünlükdür);
• Merçendayzer və ya satış sahəsində ən azı 1 il iş təcrübəsi;
• Yaxşı ünsiyyət qurma və müştəri ilə əlaqə yaratma bacarığı;
• İşdə məsuliyyətlilik və dəqiqlik;
• Satış nöqtələrində məhsul təqdimatını optimallaşdırmaq üçün yaradıcılıq qabiliyyəti;
• Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq;