Вакансия Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis (Qida Sahəsi)
Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis (Qida Sahəsi)
1000 - 1500
Информация о работе

График: Полный рабочий день
Город: Hacıqabul

Vəzifə Haqqında: Biz komandamıza yeməkxanada təqdim olunan qida məhsullarının təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün təcrübəli Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz qida təhlükəsizliyi standartlarına uyğun olaraq yeməkxanada bütün hazırlıq və təqdimat proseslərinə nəzarət etmək, sanitar-gigiyenik qaydaların tətbiq olunmasını təmin etmək və keyfiyyət standartlarına uyğunluğun yoxlanılmasını həyata keçirməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
• İş yeri : Hacıqabul
• Yeməkxanada təqdim olunan qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq;
• Qida məhsullarının qəbulundan başlayaraq hazırlanma və təqdimat mərhələlərinə qədər olan bütün proseslərə nəzarət etmək;
• Qida keyfiyyəti ilə bağlı proseslərdə hər hansı risk və uyğunsuzluğu vaxtında müəyyənləşdirmək və rəhbərliyə məlumat vermək;
• İstehlak üçün nəzərdə tutulmuş məhsulların gigiyena və keyfiyyət tələblərinə uyğun hazırlandığını təmin etmək;
• Yeməkxana heyətinə sanitar qaydalar, qida təhlükəsizliyi və gigiyenik təlimatlar barədə dəstək göstərmək və onlara nəzarət etmək;
• Təlimlər təşkil edərək qida təhlükəsizliyi sahəsində komandanın bilik və bacarıqlarını artırmaq;
• Aylıq və ya dövri olaraq qida təhlükəsizliyi üzrə hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
• 6 günlük iş rejimi (09:00 - 17:00);
• Nahar şirkət tərəfindən təmin edilir;
• Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
• Əmək haqqı : Müsahibə əsasında.

Основные требования

Tələblər:
• Qida mühəndisliyi, biotexnologiya və ya əlaqəli sahədə ali təhsil;
• Qida təhlükəsizliyi, gigiyena və keyfiyyət nəzarəti üzrə ən azı 2 il iş təcrübəsi;
• HACCP, ISO 22000 kimi qida təhlükəsizliyi standartları üzrə biliklər;
• Güclü məsuliyyət hissi, detallara diqqət və dəqiqlik;
• Yüksək səviyyədə müşahidə və təhlil qabiliyyəti;
• Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.

Похожие вакансии