Вакансия Aşpaz (Chef De Partie)
Aşpaz (Chef De Partie)
Договорная
Информация о работе

График: Полный рабочий день
Город: Bakı

- Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək
- Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq
- Ərzaq məmulatlarını xidmət üçün hazır vəziyyətdə saxlamaq.
- Hazırlanan yeməklər üçün tələb olunan inqrediyentləri hesablamaq
- Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək
- Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək;
- Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq
- Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək
- Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
- Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.
- Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;
- Mətbəxin ehtiyatlarına nəzarət etmək və ehtiyatlar azalan zaman Baş aşpaza məlumat vermək.
- Xammaldan, elektrik enerjisindən qənaətlə istifadə etmək
- İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq.
- Rəhbərliyin buyurduğu digər tapşırıqları icra etmək.

Основные требования

- Müvafiq sahədə iş təcrübəsi;
- Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
- Komandada işləmək bacarığı:

Похожие вакансии