Вакансия Daxili auditor
Daxili auditor
Договорная
Информация о работе

График: Полный рабочий день
Город: Bakı

- İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
- Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
- Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə,
- Daxili Audit Xidmətinin əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar
- İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
- Mühasibat uçotu yoxlamalarının aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının “Qanunvericilik və Beynəlxalq standartlara” uyğun olaraq yoxlanılması və təhlili;
- Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;  
- İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
- Biznes proseslər haqqında məlumatları təhlil etmək auditini aparmaq ;
- Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyinin yoxlanılması;
- Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
- Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin auditini aparmaq;
- Risklərin idarə olunması sisteminin effektivliyinin qiymətləndirilməsi;
- Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək.

- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- İmtiyazlar: Tibbi sığorta;
- Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA, CFSA , CIMA və s.) sertifikatlarının olması üstünlükdür.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Основные требования

- Ali iqtisadi təhsil;
- Müvafiq sahə üzrə azı beş illik iş stajına malik olmaq (Sığorta sahəsi üzrə arzuolunandır );
- Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları
- Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
- Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə təcrübə (arzuolunandır)
- Kompyuter bilikləri: Microsoft Office (Word, Excel-əla); 1C proqramı ilə işləmək bacarığı;
- Dil bilikləri- azərbaycan dili-əla; ingilis dilini-yaxşı, rus dili- arzuolunandır.
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;
- Məsuliyyətli.

Похожие вакансии