Вакансия Çilingər-mexanik
Çilingər-mexanik
Договорная
Информация о работе

График: Полный рабочий день
Город: Sumqayıt

- Çilingər vaqon, yük maşını dolum-boşaltma əməliyyatlarında xəttlərin hazırlıqlarını etməyə cavabdehdir.
- İstehsal olunan yağların blenderlerinə qatqıların əlavə olunması işlərini düzgün yerinə yetirməyə cavabdehdir.
- Ehtiyac olduqda təmir ( yağlama, araqatın dəyişməyi, filtr dəyişmək, kompressor qayışı və s. ) işlərini həyata keçirir.
- Flexitank dolumları zamanı flexitank hazırlıq işlərini (konteyner iç təmizliyini,flexitankın hazırlanması və s.) zamanında yerinə yetirməyə cavabdehdir.
- Mexanik avadanlıqlara baxış,sınaq və profilaktik təmir işlərini təşkil etməlidir.
- Avadanlığı yerləşdirmək,texniki təchizatını və iş yerlərinin təşkili planlarını tərtib etmək,istehsalat gücünü və avadanlığın yüklənməsini hesablamaq kimi əməliyyatlara cavabdehdir.
- Avadanlıqların işləməsini yaxşılaşdıran səmərələşdirici təklifləri dəyərləndirib rəy bildirmək və onların tətbiqinə kömək etməyə cavabdehdir.

Основные требования

- Təhsil: Ali təhsili; peşə-ixisas və ya orta təhsili;
- Yaş həddi: 22-35
- Dil bilikləri: Azərbaycan dili - səlis (şifahi və yazılı), rus və ingilis dilləri - arzuolunandır.
- Təcrübə: Sürtkü yağlarının və ya digər oxşar məhsulların istehsalı sahəsində minimum 1 il

Похожие вакансии