О компании
“BUTA Group” şirkəti 10 ildən artıq müddətdir ki, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Şirkət “BUTA Agro” brendi atında istixana kompleksində pomidor sortlarının və açıq sahədə kartof yetişdirilməsi ilə məşğuldur. Bakının Zirə kəndində yerləşən istixana kompleksində “AzTomato” brendi altında həm daxili bazar üçün, həm də ixrac məqsədli müxtəlif növ pomidor sortları yetişdirilir. “İsmayıllı Aqropark” brendi altında isə İsmayıllı rayonunda yerləşən Aqroparkda Qafqaz dağlarında xüsusi qulluq olunmuş, dadlı, seçmə kartof yetişdirilir, daha sonra yuyulmuş, təmizlənmiş, qablaşdırılmış kartof marketdə öz alıcılarına qovuşur.
2020-ci ilin fevral ayından şirkətin gübrələr, toxumlar, bitki mühafizə preparatlarının satışı ilə məşğul olan “AzGübrə” brendi fəaliyyət göstərir. “AzGübrə” aqromarketlər şəbəkəsi Respublikamızın 8 iqtisadi rayounda 60 mağaza ilə fermerlərə üstün xidmət göstərərək keyfiyyətli, sertifikatlı məhsulları təqdim edir.