О компании
2016-cı ildən fəaliyyətə başlayan Matrix Group MMC əsasən topdan, pərakəndə ticarət, marketinq, PR, risk və böhran vəziyyətlərinin idarə edilməsi xidmətlərinə ehtiyac duyan özəl klinikalar üçün Biznes – həlləri və əsas təchizat zəncirində satınalma platformaları təmin olunması niyyəti ilə yaradılmışdır. Fəaliyyəti dövründə bir neçə ölkədaxili keçirilən tenderlərdə iştirak etmişdir. Korporatv əməkdaşlıq çərçivəsində yerli bazarda “Sağlam Ailə” MMC klinikası, “Müasir Diaqnostika Klinikası”MMC, “Ultralab”MMC, “Bioloji Təbabət Klinikası”LLC, “N.Tusi adına klinika”LLC,”Diaqnoz tibb Mərkəzi”LLC klinikalarına Tibbi idarəetmə, İnformasiya təhlükəsizliyi, İnsan resurslarının idarəedilməsi, Çağrı mərkəzi , Reklam və PR, Marketinq, Maliyyə və mühasibatlıq, Vergi Mühasibatlığı , Hüquq xidməti, Təchizat və Satınalma və s. kimi xidmətlər göstərir.
Eyni zamanda xarici bazarda Rusiya,Türkiyyə və digər Amerika , Avropa, Asiya mənşəli ölkələrin aparıcı Tibbi yönümlü şirkət və distribyutorları ilə əməkdaşlıq edir. Portfolioda “Ortho-Clinical Diagnostocs”LLC , HVD LLC, Demeditec LLC, İnterlabservis LLC, DİRUİ LLC, HEADWAY LLC, TİON LLC, Vektor BEST LLC, NPR “ЦВКК”, TTT World LLC, SAFMED LLC, MOTAK LLC, UNOLAB LLC, SAREN LLC, “MOSLAB”Ltd , “ACIBADEM LABMED”, DUZEN GROUP LAB.”və s. Kimi nümunələri vermək olar.
Biz fəaliyyətimizdə xidmətlərimizi təkmilləşdirməyə, yüksək keyfiyyətli məhsulların çatdırılmasına xüsusi əhəmiyyət veririk və daima sizə dəstək olmağa hazırıq.