Azerbaijan Fish Farm - О компании

О компании

Azerbaijan Fish Farm MMC Azərbaycanda davamlı və mütərəqqi balıq yetişdirilməsi və kürü istehsalı sahəsində öncüldür.

Bütün istehsal prosesi ekoloji tələblərə cavab verir ki, bu da Xəzər dənizinin ekosistemini qorumağa kömək edir.

1954-cü ildə Neftçala rayonunda Kür çayının dəhnəsinə yaxın bir ərazidə eksperimental akvakultura ferması yaradılmışdır. Dünyada ilklərdən biri olan bu akvakultura ferması, Azərbaycan üçün bir yenilik idi. O vaxtdan bəri biz bu fermanı əhəmiyyətli dərəcədə modernləşdirmişik və hal-hazırda Bakı Kürüsünü üç balıq növündən istehsal edirik: Rus nərəsi, uzunburun və ağ balıq. Biz Azərbaycanın ən yüksək səviyyəli və nüfuzlu otellərini, satış nöqtələrini və restoranlarını eksklüziv kürümüzlə təchiz edirik.

Zaqatala balıqçılıq təsərrüfatında qiymətli hesab olunan çay alabalığının həm al-əlvan qızılxallı, həm də qızıl alabalıq növlərini yetişdiririk. Bu balıqların yetişdirilməsində dağ çaylarından, bulaq və quyu sularından istifadə edirik ki, bu da balıqların ekoloji ehtiyaclarına cavab verir və onların sağlam yetişməsini təmin edir. Həmçinin bütün istehsal prosesi ekoloji tələblərə cavab verir. Bu isə öz növbəsində Xəzər ekosistemini qorumağa kömək edir.