О компании
"Turan" KB Azərbaycan Milli Bankının 12.06.1992-ci il tarixli 60 nömrəli lisenziya əsasında yaradılmışdır və 30.12.1992-ci il tarixli 115 nömrəli lisenziya əsasında milli və xarici valyutada hər cür əməliyyatları aparmağa icazə verilmişdir.
Fəaliyyəti ərzində TuranBank geniş təcrübə və müştəri etimadı qazanmış, yüksək keyfiyyətli xidmət və rəqabətqabiliyyətli məhsullar təklif edən universal bir banka çevrilmişdir. Hazırda Bankımızın 16 satış nöqtəsi vardır ki, onların da 9-u regionlarda – Qazax, Ağstafa, Tovuz, Gəncə, Sumqayıt, Ağcabədi, Xaçmaz, Zaqatala və Cəlilabadda yerləşir.