ABV Computers - Şirkət haqqında

Şirkət haqqında

Əsası 1993-cü ildə qoyulan “Araznet" MMC-nin idarəsi altında olan “ABV” mağazalar şəbəkəsi 3 mağaza, 1 servis və baş ofisdən ibarətdir. Fəaliyyətimiz dövründə bir çox dövlət və özəl layihələri böyük məsuliyyətlə yerinə yetirmiş, daimi texniki dəstəyi göstərmişik. Təklif etdiyimiz məhsullarla həm fərdi sifarişlərdə, həm də layihələrdə uğurlu tərəfdaş funksiyasını icra edirik.
Peşəkar komandamız məhsullarımıza aid istənilən layihədə uyğun həllərin hazırlanmasında sizə daim öz dəstəyini göstərir.

Mağazamızda nəzarət kameraları(IP, termal, analog), videoqeydiyyat cihazları, videoserverlər, girişə nəzarət sistemləri, rəqəmsal domofonlar, siqnalizasiya sistemləri, maneə və keçid sistemləri, yanğından mühafizə sistemləri, üst geyim və baqaj yoxlama sistemləri, səsli xəbərdarlıq sistemləri, müxtəlif tipli UPS-lər və akkumlyatorlar, proyektorlar, monitorlar, LED ekran və videodivarlar, modem, switch və kommutatorlar, falşpol, kabel və kabel daşıma sistemləri, rack kabinlər, IP telefonlar, oğurluq əleyhinə sistemlər, satışa nəzarət sistemləri, printerlər, yaddaş qurğuları, kompüter aksesuarları və peşəkar alətlər var.

Daim yenilənən anbarımızda bütün məhsulları qısa zaman ərzində əldə edə bilərsiniz.

ABV olaraq sizlərə hal-hazırda yüksək keyfiyyətlərə cavab verən bir çox brendi təqdim edirik: HikVision, Tp-Link, Epson, Shturmann, Tansa, Eldes, Günko, Reçber, BFT, Wi-Tek, Kuwes, ProsKit, Panasonic, SanDisk, Genius, Toshiba, MikroTik, Promatic, Ubiquiti, Rubezh, Nuctech, Cofem, Ritar, Teletek, Legrand, Mavili, Pyronix, Schneider, VCOM, Kingston, Western Dijital, Seagate, A4Tech, DataLogic, Pantum, YeaLink, Tescom.

İllərdir müştərilərimizə xidmət göstərdiyimiz müxtəlif sahələrdən olan şirkətlər vardır:

BNA, Dövlət Gömrük Komitəsi, Paşa Holding, Bravo, SOCAR, Asan Xidmət, Azərsun, Veysəloğlu, Port Baku Mall, Dəniz Mall, Prezident Kitabxanası, Mərkəzi Milli Bank, Beynəlxaq Bank, Premium Bank, İpoteka Fondu, Azərbaycan Dəmir Yolları, Nurgün Motors, Bentley Baku, Azfar Group, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, PMD Group, Kristal Abşeron və s.