Şirkət haqqında
Liv Bona Dea Xəstəxanası 2013-cü ildən Türkiyədə fəaliyyət göstərən "Liv Hospital " şəbəkəsinin ölkə xaricində olan ən önəmli investisiyasılarından biridir. "Bona Dea International Hospital" və "Liv Medical Group" arasında bağlanmış müqaviləyə uyğun olaraq peşəkar səhiyyə işçiləri Avropa və Amerika səhiyyə standartlarına tam cavab verən strukturu ilə fəaliyyətini davam etdirir. 2022-ci ildən etibarən biz "Liv Hospital" olaraq "Liv Bona Dea" brendi adı altında sağlamlıq sahəsində yüksək səviyyəli xidmət göstərmək üçün Bakıya gəldik.
Dünya səviyyəli və keyfiyyətli səhiyyə müəssisəsi olaraq "Liv Bona Dea"-da qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkolojik əməliyyatlar, qabaqcıl ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür rutin və genetik skrinning testləri, uşaqlar və böyüklər üçün hərtərəfli sağlamlıq xidmətləri, diaqnostika və müalicə xidmətləri mövcuddur. Həmçinin sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi check-up proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur. Hospitalımızda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var.
Hospitalın açılışı cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 27 mart 2018-ci ildə reallaşdırılıb.