Şirkət haqqında
Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. Aşağıda ən zəruri inkişaf mərhələləri göstərilir.
AccessBank-ın missiyası ev təsərrüfatlarına, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə maliyyə xidmətləri və həlləri təklif etməklə, eləcə də bankçılıq sahəsində beynəlxalq səviyyədə qəbul olunan qabaqcıl təcrübələrdən istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfə verməkdir. Biz öz müştərilərimizə, səhmdarlarımıza, əməkdaşlarımıza və ümumilikdə cəmiyyətə dəyər qazandırmaq məqsədimizə sadiqik. Bizim missiyamız şəffaflıq və açıqlıq, peşəkarlıq, müştərilərə sadiqlik, komanda işi, cəmiyyət və ətraf mühitə qarşı məsuliyyət kimi dəyərlərimizə əsaslanır.