Azərpoçt - Şirkət haqqında

Şirkət haqqında

"Azərpoçt" MMC — Azərbaycan Milli poçt şəbəkəsinin operatoru, 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü.

Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci yarısına təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması isə 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanıb. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2023-cü ildə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinə start vermişdir. Layihə üzrə "Azərpoçt" MMC-nin 1,361 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülmüşdür. Ağsu, Göyçay, İsmayıllı, Saatlı, Samux, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında 19 kənd E1 rabitə kanallarının ləğv edilərək "Aztelekom" MMC-nin xDSL şəbəkəsi üzərindən 1–4 Mbp/s sürəti ilə (data xidmətinin ötürülməsi) "Azərpoçt" MMC-nin mərkəzi serverinə qoşulması təmin olunmuşdur. Gömrük məntəqələrində yerləşən poçt şöbələrinin rezerv rabitə kanallarla (Azercell 3G/4G texnologiyası) "Azərpoçt" MMC-nin mərkəzi serverinə qoşulması təmin edilmişdir.

Kiçik paketlərın qəbulu və göndərilməsi;
Dövrü mətbuata abunə və satış;
Banderolların qəbulu və göndərilməsi;
Sürətli poçt xidməti;
Teleqraf rabitəsi xidməti;
Xüsusi təyinatlı poçt rabitəsi xidməti;
Poçt ödənişi nişanlarının satışı;
Məktubların qəbulu və göndərilməsi;
Bağlamaların qəbulu və göndərilməsi.