Şirkət haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Bankın strateji hədəfləri:
— Bazarda “Ən yaxşı Rəqəmsal/İnnovativ Bank” olmaq.
— Müştərilərin məmnunluq səviyyəsini yüksəltmək.
— Özünə yeni bazar mövqeləri (pərakəndə və korporativ sektorlarda) təmin etmək və ümumi bazar payını artırmaq.
— Pərakəndə və biznes kredit portfellərini inkişaf etdirmək.
— Qeyri-işlək kreditlər məsələsinin səmərəli həllini təmin etmək.
— Biznes proseslərin möhkəm və səmərəli idarə edilməsi sistemini qurmaq.
— Hər bir səviyyədə risklərin idarə edilməsi hüdudlarını genişləndirmək.
— İnsan kapitalının inkişafını və korporativ inkişafı vurğulamaq, hər iki sahəni inkişaf etdirmək.