Şirkət haqqında
HERTZ təqribən 150 ölkədə 10 000 məntəqəsi olan nəqliyyat vasitələrinin icarəsi üzrə fəaliyyət göstərən dünyanın aparıcı təşkilatlarından biridir.
HERTZ dünyada ümumi avtomobil icarəsi üzrə ən böyuk brenddir, həmçinin avtomobil icarəsi üzrə ABŞ-ın və Avropanın 169 əsas hava limanlarında fəaliyyət göstərən bir nömrəli tanınmış brenddır. Əlavə olaraq HERTZ Şimali Amerikanın, Avropanın, Latın Amerikasının, Avstraliyanın, Yeni Zelandiyanın, Afrikanın, Asiyanın və Yaxın Şərqin şəhər və hava limanlarında həm korporativ, həm də lisenziya üzrə fəaliyyət göstərən məntəqələrlə əməkdaşlıq edir.
2014-cü il Aprel ayından etibarən HERTZ Azərbaycanda öz fəaliyyətinə başladı. Artıq hər an, hər kəs tanınmış dünya brendi olan HERTZ şirkətinin xidmətlərindən istifadə edərək, yüksək xidmətin əsl keyfiyyətini hiss edə bilər!