Şirkət haqqında
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Daha dayanıqlı gələcəyi təmin edən və qabaqсıl dünya trendlərini özündə cəmləşdirən, hər kəsin bir nömrəli maliyyə tərəfdaşına çevrilməkdir.
Dürüstlük – Biznesimizin təməlində dürüstlüyə tam sadiqlik dayanır. Bizim üçün bu, həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq deməkdir. Ən bəsit səviyyədə bu, fəaliyyət göstərdiyimiz ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaqdır. Dürüstlük hətta çətinliklərlə üz-üzə qaldıqda belə şirkətin davranış qaydalarına sadiq qalmaq deməkdir. Bu, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək deməkdir. Dürüstlük özümüz, həmkarlarımız, müştərilərimiz və tərəfdaşlarımız qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq deməkdir.
Məqsədimiz - müştərilərimiz üçün dürüst, açıq və anlaşılan olmaqdır. Bankımız bütün fəaliyyətlərimizdə daim olduğu kimi, məhsul və xidmətini təqdim edən zaman da müştəriyə müvafiq faydaları və ya riskləri səmimi olaraq göstərir.
Keyfiyyət – Kənardakılar həmişə verdiyimiz məhsulun və ya göstərdiyimiz xidmətin keyfiyyətinə əsasən bizə qiymət verəcək. İşimizin keyfiyyəti heyətimizin fədakarlığı və peşəkarlığı ilə düz mütənasibdir. Bundan yan keçmək mümkün deyil. Biz həmişə qoyduğumuz standartlara riayət edirik, gecə və gündüz vədimizə əməl edirik - optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq. Buna görə də, biz həm fərdi surətdə, həm də təşkilat kimi yeni səylərə can atırıq və daima öyrənməyə və təkmilləşməyə çalışırıq.Uğurumuzun əsasını gəlirli biznesimizi idarə etməyə şərait yaradan məmnun müştərilər təşkil edir. Məhz buna görə də əsas məqsədimiz ekosistemin bütün səviyyələrində müştərilərimizlə münasibətlərin keyfiyyətini artırmaqdır. Biz əmin olmaq istəyirik ki, mövcud və potensial müştərilərimiz ən yaxşı təklifə, keyfiyyətə və uzunmüddətli tərəfdaşlığa səmimi olaraq inandıqlarına görə hər gün bizi seçməyə davam edirlər.
Əməkdaşlıq – Biz departamentlər, biznes bölmələri və ölkələr boyunca vahid komanda şəklində işləyərkən fenomenal nəticələrə nail oluruq. Müştərilərimiz, tərəfdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərkən bazardakı gözləntiləri artıqlaması ilə üstələyirik. Bu sinerjilərin təsiri fərdi surətdə qoyulan istənilən töhfədən dəfələrlə böyükdür. Əməkdaşlıq sağlam iş mühiti yaradır və daha yüksək səmərəliliyə gətirib çıxarır. O, problemlərin həllini sürətləndirir və innovasiyaya yol açır. Etimad və hörmət əməkdaşlıqla bəslənir.
Müştərilərin və maraqlı tərəflərin xeyrinə ekosistemdə vahid komanda kimi fəaliyyət göstərmək Qrup səviyyəsində əməkdaşlığın ən yaxşı nümunəsidir. Qarşılıqlı olaraq qabaqcıl təcrübələri öyrənir, bir-birimizə öyrədir, ekosistemə və Qrupa daxil olan bütün şirkətlərin maraqlarını nəzərə alaraq, tərəfdaşlarla qarşılıqlı münasibəti dəstəkləyirik. Ölkə iqtisadiyyatına, şirkətlərin inkişafına və bu əməkdaşlıq çərçivəsində bütün tərəflər arasında etimadın artmasına töhfə vermək istiqamətində çalışırıq.
Sahibkarlıq Ruhu – Ətrafımızdakı dünya daima dəyişməkdədir və buna görə də, biz çox vaxt qeyri-müəyyənliklə işləməli oluruq. Biz yeni imkanlar axtarırıq və iri addımlar atmağa - digərlərinin cəsarət etmədiklərini etməyə və gedə bilmədikləri yerlərə getməyə hazırıq. Komandamız çətinliklərdən qorxmur, əksinə, onları artım üçün fürsət kimi dəyərləndirir. Biz əlavə yol qət etmək və ya yeni səylər gerçəkləşdirmək üçün üzərimizə məsuliyyət götürməkdən qorxmuruq. Heyətimiz şirkətə öz şəxsi biznesləri üçün edə biləcəkləri qədər qayğı, istək və diqqətlə yanaşır.
Biz müştərilərimizin istəklərini nəzərə alaraq, məhsullarımızın keyfiyyətini və müştəri təcrübəsini təkmilləşdirmək üçün daim üzərimizə məsuliyyət götürürük və yeni imkanlar axtarırıq.
Biz müştərilərimizin, tərəfdaşlarımızın və həmkarlarımızın problemlərini anlayır, onlara şəxsi məsələmiz kimi yanaşır və əsaslı həll yolunun tapılması üçün çalışırıq.
Gəlirlilik – Biz öz səhmdarlarımızın və yekun etibarilə cəmiyyətin xeyrinə mənfəət və fayda yaradırıq. Əslində, bu gün qazanılan mənfəət gələcəkdə biznesin dayanıqlı və rəqabətədavamlı olmasına təminat verir. Heyətimiz başa düşür ki, qazanılan hər bir manatla yanaşı qənaət edilən hər bir manat dəyər gətirir. Eyni zamanda, qısamüddətli biznes məqsədlərini izləyərkən biz heç vaxt uzunmüddətli hədəfimizi (dayanıqlı qlobal biznes yaratmaq və onu qoruyub saxlamaq) nəzərimizdən qaçırmırıq. Bu isə öz növbəsində hədəf verdiyimiz hər bir strateji qərara stimul verir Bizim üçün gəlirlilik həm də, müştərinin ümumi dövriyyəsini və gəlirliliyini anlamaq və onlara bu gəlirliliyi effektiv idarə etməkdə kömək etməkdir. Eyni zamanda, gəlirlilik bizim üçün müştərilərə onların davranışlarına və bütövlükdə ekosistemin strateji məqsədlərinə uyğun həll yollarını və üstünlükləri təqdim etməkdir. Biz gəlirliliyə müştərilərimizin uzunmüddətli loyallığı ilə nail olmaq üçün onlarla qarşılıqlı münasibətlərə investisiya etməyə hazırıq.