Şirkət haqqında
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Şirkətimiz müştəri məmnuniyyətinə böyük önəm verir. Mağazalarımızda rahat seçim və vaxta qənaət üçün hər cür şərait düşünülüb. Satış mərkəzlərimizdə divar kağızları, santexnika, elektrik, boya, xırdavat, bağ-baxça və məişət mallarından ibarət bölmələr qurulub. Alıcılara düzgün məhsul seçimində kömək məqsədilə hər bir bölmə üzrə peşəkar satış mütəxəssisləri təyin edilib.
Müştərilərin tələb və ehtiyaclarının qarşılanması istiqamətində OMİD xidmətdə bir çox yenilikləri həyata keçirib. Mağazada quraşdırılan FAB rəngləndirmə sistemi vasitəsilə alıcılar istədikləri rəngdə boyanı vaxt itirmədən, cəmi 5 dəqiqə ərzində əldə etmə imkanı qazanırlar. Eyni zamanda müştərilərin tələb və ehtiyaclarının operativ, çevik şəkildə qarşılanması üçün 890 qısa nömrəsi də istifadəyə verilib. Vətəndaşlarımız həmin nömrə ilə əlaqə saxlayıb istədikləri məlumatları asanlıqla əldə edə biləcəklər.
Şirkətimizin əsas missiyası keyfiyyətli məhsulu uyğun qiymətlərlə təklif edən, əməkdaşlıq əlaqələrini genişləndirən, çeşid çoxluğu, üstün xidmət səviyyəsi ilə rahatlığı, güvəni və etibarı fəaliyyətində cəmləşdirən, davamlı inkişaf edən brend kimi tanınmaqdır.