Pasha Bank - Şirkət haqqında

Şirkət haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Biz, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank bu gün 1.000 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz, Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üçün çalışır, beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edirik. Biz, Azərbaycanda iri investisiya holdinqi kimi tanınan və sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Biz, Azərbaycanın ən gənc, eyni zamanda, ən iri banklarından biri olaraq daim əlimizi maliyyə və texnoloji dəyişikliklərin nəbzində tutur, bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.