Bank of Baku ASC - Şirkət haqqında

Şirkət haqqında

Biz kimik və nə ilə məşğul oluruq?

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”nun fəaliyyətinin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün stimuldur. “Bank of Baku”nun şüarı olan “Sizə yaxın bankçılıq” Bankın müştərilərə və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq - fəlsəfəsini özündə cəm edir. Bank özünün bütün fəaliyyəti boyunca Azərbaycanda pərakəndə biznesin formalaşmasına və inkişafına öz töhfəsini verir. “Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku”, hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s. Bununla da “Bank of Baku”, böyük bir insan kütləsi arasında bank məhsul və xidmətlərinin yayılmasında böyük rol oynadı.
2013-cü ildə “Bank of Baku”nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqramın əsas cəhətlərindən bir neçəsini filial şəbəkəsinin genişləndirilməsi, risklərin və maliyyə göstəricilərin strateji tənzimlənməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması təşkil edir. Proqram çərçivəsində “Bank of Baku”nun paytaxt və regionlarda yeni filialları açılır. Bundan başqa, müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsi, bankın mövqelərinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. “Bank of Baku”nun uğurlarının göstəricisi kimi Мoody’s beynəlxalq reytinq agentliyinin mövqeyini göstərmək olar. 2012-ci ildə reytinq agentliyi “Bank of Baku”nun B2 uzun müddətli reytinq üzrə proqnozunu stabildən pozitiv səviyyəyə dəyişdi. 2013-cü ildə isə Мoody’s “Bank of Baku”nun ümumi reytinqini B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etdi. Мoody’s təhlilçilərinə görə, reytinqin gücləndirilməsinə təsir edən əsas faktorlar “Bank of Baku”nun güclü maliyyə göstəriciləri, möhkəm avtonom kreditvermə imkanları və aktivlərin yüksək keyfiyyətli olmasıdır.