"Yelo Bank" ASC - Şirkət haqqında

Şirkət haqqında

1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvolizə edir və "Parlaq Bankçılıq" şuarı altında həyata keçir.

Hazırda "Yelo Bank" ASC-nin 3-ü regionda olmaqla (Gəncə, Lənkəran, Bərdə) ümumilikdə 13 filialı var. Bankın Baş ofisi Bakı şəhərində, Həsən bəy Zərdabi 81K ünvanında yerləşir. Bankda müştərilərə pərakəndə və biznes xidmətləri göstərilir, habelə mobil bankçılıq, internet bankçılıq, onlayn kredit, onlayn növbə sifarişi, onlayn ödəmə kimi məsafədən xidmətlər də mövcuddur.