“Rabitəbank” ASC - Şirkət haqqında

Şirkət haqqında

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 27 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 26 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsini yaradaraq Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.