Veysəloğlu Şirkətlər Qrupu - Şirkət haqqında

Şirkət haqqında

Bu gün Veysəloğlu Şirkətlər Qrupu 19 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir.

Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabr tarixində Türkiyədən TIR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə “Veysəloğlu Distribusiya” şirkətinin əsası qoyulub. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir. “Veysəloğlu Distribusiya” qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqeyə malikdir.

2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu "Ulduz" Şokolad Fabrikinin əsasını qoyub. Qənnadı məhsulları sahəsində “Milli brend” statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir.
2010-cu ildə Şirkətlər Qrupunun ölkə xaricində ilk şirkəti – “VG” (Veyseloglu Georgia) fəaliyyətə başlayıb. 3500-dən çox satış nöqtəsi olan “VG” şirkəti Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Hindistan və digər müxtəlif ölkələrdən 30-dan çox istehsalçı ilə əməkdaşlıq edir. “VG” şirkətinin Tbilisi, Qori, Kutaisi və Batumi şəhərində 4 ofisi, Tbilisi və Kutaisidə isə 2 anbarı fəaliyyət göstərir.

2011-ci il mayın 7-də Veysəloğlu Şirkətlər Qrupu pərakəndə sektoruna ilk addım ataraq "Araz" markası altında fəaliyyət göstərən “AzRetail”i təsis edib. "Siz harada, "Araz" orada" sloqanı ilə fəaliyyət göstərən "Araz" supermarketlər şəbəkəsi ölkə üzrə 300-dən artıq mağaza ilə müştərilərinə xidmət edir.