Baş Mühasib
Rüfət Əhədov, 27 лет, Баку
1500
График: Полный рабочий день
Образование

Высшее

Bakı Biznes və Kooperasiya kolleci — Mühasibat uçotu

Навыки

Əmək haqqının ödənilməsi sistemi
- İş vaxtının uçotu tabellərinin işçilərin siyahısı, məzuniyyət vərəqələri və xəstəlik günləri ilə bağlı vərəqələr ilə tutuşdurulub yoxlanılması, elektron əmək tabellərinin yazılı əmək tabelləri ilə müqayisəli yoxlanılması, işçilərin əlavə iş saatlarına görə hüquqlu olub olmamaları baxımından, iş vaxtının uçotu tabelinə nəzarət edilməsi;
- Əmək haqqı fondu üzrə sənədi bu məlumatlar ilə birgə yeniləmək: gündüz növbəsi, gündüz əlavə iş saatları, gecə növbəsi, gecə əlavə iş saatları, məzuniyyət, xəstəlik günləri, vergi imtiyazları və müvafiq hesab edilən yerlərdə düzəlişlər;
- İşçinin məzuniyyət sənədlərinin yoxlanılması, işçilər tərəfindən götürülmüş məzuniyyət günlərinə görə ödənişlərin hesablanması, işçilər tərəfindən götürülmüş məzuniyyət günlərinin onların iş tabelləri ilə tutuşdurulub yoxlanılması;
- İşçinin xəstəliklə bağlı sənədlərinin yoxlanılması, xəstəliklə bağlı məzuniyyət günlərinə görə ödənişlərin hesablanması, xəstəliklə bağlı məzuniyyət günlərinin tabellər ilə tutuşdurulub yoxlanılması, xəstəlik kağızlarının yazılı formada doldurulması, Sosial Müdafiə Fondu üçün protokolların hazırlanması və Sosial Müdafiə Fondu tərəfindən işçilərə ödənilməli məbləğlərin hesablanması, hamiləliklə bağlı məzuniyyətə görə ödənişlərin hesablanması, aliment və digər ödənişlərin hesablanması, Sosial Müdafiə Fondu tərəfindən işçilərə ödənilməli məbləğlərin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət;
- Əmək haqlarında edilən müxtəlif düzəlişlərin, o cümlədən əvvəlki aylara görə əmək haqqı fərqlərinin hesablanması, işçilər üçün taksi xərclərinin hesablanması, avans ödənişlərinə (ayın ortasında ödənilən və ya digər xüsusi təyinatlı ödənişlər) nəzarət və işçilərin əmək haqlarında tutulmalar (mobil telefon danışıqları, yanacaq və bank kredit kartı limitləri və s.);
- İşçilərin gəlir vergisinin, habelə işəgötürən və işçilərin sosial müdafiəsi üzrə tutulan məbləğlərin hesablanması, onların müvafiq olaraq Vergilər Nazirliyi və Sosial Müdafiə Fonduna köçürülməsinə nəzarət;
- İşçilərin bank hesabları üzrə rekvizitlərinin yoxlanılması və yenilənməsi, məlumatların elektron və yazılı imzalanmış surətlərinin banka göndərilməsi, əmək haqqı fondu üzrə ödəniş orderlərinin hazırlanması, ödəniş qəbzlərinin çap edilməsi və aidiyyəti üzrə göndərilməsi, işçilərin əmək haqqı fondu ilə sorğularının cavablandırılması;
- Əmək haqlarına dair məlumatların “1C” proqramlarına daxil edilməsi üçün birgə iş birliyi qurmaq.
Hesabatlar
- Vergilər Nazirliyinin internet səhifəsində şirkətin şəxsi hesabına “onlayn” (internet) rejimində nəzarət etmək;
- yerli vergi hesab-fakturaları və BTP proqramından ƏDV hesablarına müvafiq olaraq alqı-satqı üzrə hesab-fakturalara dair aylıq hesabatların hazırlanması;
- Mənzil və nəqliyyat vasitələrinə görə ödənişlərin təmin edilməsi, BTP proqramından istifadə etməklə belə ödənişlər üzrə gəlir vergisinə dair vergi hesabatlarının hazırlanması;
- BTP proqramından istifadə etməklə alış (tədarük) hesab-fakturaları üzrə gəlir vergisinə dair rüblük hesabatların hazırlanması, şirkətlər tərəfindən gəlir vergisinin struktur bölmələr üzrə bölünməsini hazırlamaq;
- 20 % dərəcəsi ilə korporativ illik gəlir vergisi, əmlak və yol vergilərinin hesablanması, şirkətin hesabından rüblük korporativ gəlir və əmlak vergilərinin “onlayn” rejimində silinməsinə nəzarət etmək, bu vergilər üzrə ilin sonunda düzəlişlərin edilməsini təmin etmək;
- BTP proqramından balans cədvəlinin tutuşdurularaq yoxlanılması və rüblük balans cədvəlinin hazırlanması;
- BTP prosedurlarına müvafiq olaraq, yuxarıda qeyd edilən bütün hesabatların çap edilməsi və qovluqlara yerləşdirilməsi;
- Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu və digər dövlət orqanlarından edilən sorğuların cavablandırılması, Vergilər Nazirliyi və Sosial Müdafiə Fondu üçün operativ hesabatların hazırlanması;
- Sosial Müdafiə Fondu üçün əmək haqqı və şirkətin yerli və xarici işçilərinin sayına dair rüblük hesabatların (B1, B3) hazırlanması;
- Statistika Komitəsinə şirkətin əmək haqları və ümumi dövriyyəsinə dair aylıq hesabatların təqdim edilməsi.
- Pensiyaya çıxan işçilər üçün pensiya sənədlərinin doldurulması, Sosial Müdafiə Fondunun əməkdaşı tərəfindən təqdim edilmiş pensiya məlumatlarının yoxlanılması;
- Rəhbərliyin tələbinə müvafiq olaraq cari işlərin həyata keçirilməsi və operativ hesabatların hazırlanmasını təmin etmək.

Дополнительная информация

Bank və Kassa
- Şirkətlərin bank hesablarına gündəlik nəzarət, banklardan hesabların cari durumuna dair məlumatların qəbul edilməsi;
- Müəyyən tipli kreditor borcları üçün ödəniş orderlərinin hazırlanması, konversiya blanklarının hazırlanması;
- Bank tutulmaları və hər bir ödəniş üzrə faizlərə nəzarət;
- Bank sənədlərinin doldurulması;
- Bank əməliyyatlarının “1C” proqramlarına daxil edilməsi;
- Debitor və kreditor borclar üzrə məbləğlərin bank çıxarışlarında qeyd edilmiş məbləğlər ilə müqayisəli, əllə yoxlanılması;
- Kassa balanslarına nəzarət, obyektlərin nağd pullarla təmin edilməsi;
- Nağd və qeyr nağd pullara çevirmə əməliyyatları üçün zəruri sənədlərin hazırlanması, banka xırda nağd pulların sifariş və qəbul edilməsi;
- Obyektlərdən kassa hesabatlarının alınması, qəbz və çeklərin yoxlanılması, xərclərin kodlaşdırılması;
- Gündəlik kassa əməliyyatlarının və “1C” proqramlarına daxil edilməsi;
- İşçilərə ödənilən biznes avans ödənişlərinə nəzarət.
ƏDV Depozit Hesabı
- Şirkətin “onlayn” ƏDV depozit hesabına gündəlik nəzarət;
- ƏDV tələbnamələrinin hazırlanması, vergi xərclərinə görə ödənişlərin ƏDV depozit hesabından silinməsi;
- Müştərilər üzrə tutulmayan / ödənilməyən vergi ödənişlərinin ƏDV depozit hesabına köçürülməsi.
- ƏDV depozit hesabı proqramında yer alan dəyişikliklərə nəzarət edilməsi, onların yüklənilməsi və yenilənməsi.
1C Mühasibat uçotu proqramı
- Satış, alış (tədarük) üzrə hesab-fakturaların və əmək fondu məlumatlarının 1C proqramına daxil edilməsi;
- Satış və alış ödənişlərinin rəsmiləşdirilməsi, ödənişlərin hesab-fakturalar ilə müqayisəli yoxlanılması;
- Əsas kapital vəsaitləri üzrə hesablara nəzarət, aylıq amortizasiyanın hesablanması;
- Bank və xırda nağd pul əməliyyatlarının idarə edilməsi;
- 1C proqramında balans cədvəli proqramına nəzarət, 1C proqramında aylıq gəlir / itki hesabatlarını hazırlamaq;
- HPBS və qeyri-HPBS üzrə vergilərə nəzarət;
- Valyuta mübadiləsi hesabına nəzarət.
Audit
- Yerli mühasibat uçotunun audit prosesinə nəzarət etmək, auditin tələbinə əsasən sənədlər və cədvəllərin hazırlanması;
- Audit məqsədi ilə istifadə olunan zəruri sənədlərin hazırlanması;
- Audit sorğularının cavablandırılması üçün aidiyyəti qurumlar ilə əlaqə saxlamaq.
Kreditor hesablar
- Alış (tədarük) hesab-fakturalarını dəstəkləyən təsdiqedici sənədlərin qeydiyyatı, yoxlanılması və tamamlanması (təşəbbüskarın xidmətlər/məhsullar üzrə tələbinin (sorğusunun) olub olmamağı, alış/sadələşdirilmiş sifariş orderləri, fakturalar / işlərin tamamlanmasına dair hesabatlar / zaman qrafikləri), müqavilələr ilə münasibətdə hesab-faktura məbləğinin yoxlanılması /texnoloji sifarişlər/ sadələşdirilmiş sifariş orderləri;
- Alış (tədarük) hesab-fakturalarının ödənilməsini rəsmiləşdirmək üçün tələb olunan sənədlərin hazırlanması;
- Təchizatçılara ödənişlərin edilməsi üçün bankla əlaqə saxlamaq;
- Nağd pul çatışmazlığı olduqda, ödənişləri prioritetlərə bölmək;
- Təchizatçıların alış hesab-fakturaları ilə bağlı sorğu və suallarını cavablandırmaq;
- “1C” proqramlarında alışlar üzrə registrin nəzarət hesabını aparmaq;
- Alış (tədarük) hesab-fakturalarında ƏDV və əlavə dəyər vergilərinin olmasına nəzarət etmək;
- Alış (tədarük) üzrə hesab-fakturaların reyestrini aparmaq;
- Təchizatçılar tərəfindən göndərilən “onlayn” (internet) vergi formalarının, elektron vergi hesab-fakturalarının yoxlanılması və qəbul edilməsi, onların alışı üzrə hesab-fakturalar ilə uyğunlaşdırılması;
- Mal-material ehtiyatlarına dair hesabatları açıq hesab balansları ilə tutuşdurub yoxlamaq;
- Aylıq dizel və yanacaq hesabatlarının yoxlanılması, balansın təchizatçılar ilə müqayisəli yoxlanılması;
- Borcların təkrar tələb edilməsi üzrə hesablara nəzarət etmək;
- Avans hesablarına görə cavabdehlik daşımaq;
- Yığılan (lakin əldə edilməyən) gəlirlər hesabının aparılması.
- Uyğunsuzluqlara dair hesabatların hazırlanması və araşdırılmasında iştirak etmək;
- Büdcə və proqnozlaşdırmaların, o cümlədən mədaxil və məxaric hesabları, balans cədvəlləri və nağd pulların dövriyyəsinə dair hesabatların hazırlanmasında iştirak etmək.
- Alış (tədarük) registri ilə münasibətdə, bank hesablarının yoxlanılmasında iştirak etmək.
- Auditorların tələbinə əsasən, alış (tədarük) hesabı ilə bağlı işlərin qaydaya salınması.
- Rəhbərliyin tələbinə əsasən, xüsusi hesabatlar hazırlamaq.
Gömrük
- Yük Gömrük Bəyannamələrinin incələnməsi, sifariş olunmuş malların hesab-fakturalarına əsasən yoxlanılması;
- Yük Gömrük Bəyannamələrində göstərilən hər bir malın növünə əsasən kodlarının yoxlanılması;
- İdxal rüsumunun və Əlavə Dəyər Vergisinin vaxtında aidiyyatlı orqanlara ödənilməsi;
- Əlavə Dəyər Vergisinin aylıq hesabatda göstərilməsi və əvəzləşdirilməsini təmin etmək;
- Bütün prosedurlar başa çatdıqdan sonra Yük Gömrük Bəyannamələrinə əsasən alınmış malların anbara mədaxil olunması.

Похожие кандидаты

200 АЗН
Mühasib köməkçisi
Mehriban Fətəliyeva , 20 лет

Micrsosoft Office praqramları,1C(7.7),Dsmf-nin,əmək haqqının,məzuniyyət günlərinin,eləcədə xitamın hesablanmasını,Dsmf hesabatının doldurulmasını,qaimələrin yazılıması,məxaric,mədaxil kassa orderlərinin yazılmasını bilirəm,İngiliscə normal səviyyədə bilirəm,azərbaycanca səlis danışıram,türkcədə bilirəm

Dəqiq,bacarıqlı,məsuliyyətli,tapşırıqları tez yerinə yetirməyi bacarıram.Yüksək ünsiyyət qabiliyyətim var.


Подробно
1000 АЗН
Mühasib
Mehdi Lahicev , 28 лет

• Languages: English, Russian, Azeri – all fluent
• Accounting software: Quick Books Pro (2002-2013), SUN, MIP, GMS-ME, 1C, ProTech
• Computer: Windows XP, Windows 7, MS Office 2003, 2007

• Baku Grand Prix (Baku City Circuit Operations Company) - Formula1. Track Marshal (Baku, Azerbaijan), May-June 2016
• IELTS exam, score was 7.5 out of 9. March 2013
• IELTS course at “Lingva Language center” (Baku, Azerbaijan), November 2012 - February 2013.
• CIMA C02 “Financial Accounting” paper. Exam result is 69%. December 2011
• CIMA C02 “Financial Accounting” course at GRBS (Baku, Azerbaijan), September-December 2011.
• Eurasia Partnership Foundation and Theodor Heuss Kolleg “Getting Involved” Youth Program, Third Session, (Tbilisi, Georgia), November 2011
• Eurasia Partnership Foundation and Theodor Heuss Kolleg “Getting Involved” Youth Program, Second Session, (Bakuriani, Georgia), July 2011
• Eurasia Partnership Foundation and Theodor Heuss Kolleg “Getting Involved” Youth Program, First Session, (Tbilisi/Shindisi, Georgia), May 2011
• 1C Accounting Program Course in “Anglo-American BS”, (Baku, Azerbaijan), April 2011
• TOEFL IBT Course, (Baku, Azerbaijan), January-July 2007. Exam was at Qafqaz University (Baku, Azerbaijan) on August 2007. Exam result was: 79/120.
• Mathematical Olympiad of CIS and Baltic States,(Moscow, Russia), November 2004
• Correspondence Mathematical School under Moscow State University, September 2003 – September 2004


Подробно
300 АЗН
Mühasib köməkçisi
Əlibəy Əliyev , 24 года

Microsoft Word
Microsoft Excell
Microsoft PowerPoint
1 C 7.7


Подробно
400 АЗН
Anbardar Köməkçisi
Tural Hüseynov , 24 года

Microsoft Word,Excel,AutoCad,Internet Explorer


Подробно
700 АЗН
Mühasib
Rəşad Əliyev , 37 лет

Əsas Kompüter bilgiləri:
Windows / Microsoft Office- Excell - yaxşı /Power Point /Outlook / Internet explorer / 1C (7.7 / 8.0) / LOGO Unity / -ERP
. - 1C proqramında mühasibat əməliyyatları
Dillərin biliyi Azərbaycan –əla
ingilis – yaxşı
Rus – yaxşı
Türk – yaxşı

Kompüter istifadəçisi qabaqcıl

İşə qarşı istəklər

Sağlam və peşəkar iş şəraiti;Əməyin qiymətləndirilməsi

Şəxsi xüsusiyyətlər:
Analiz etmə qabiliyyətliliyi vəziyyətin təhlili və optimal həll yolarının araşdırılması, təmkinlilik, ədalətli idarə etməlik


Подробно