О компании

Город: Bakı, Azerbaijan

Müstəqillik qazanan Azərbaycanın tərəqqi yoluna qədəm qoyması bir çox sahələrlə yanaşı sahibkarlıq fəaliyyətinin də inkişafına şərait yaratdı. İlk dövrlərdə ictimai - siyasi sabitliyin davamlı olmaması sahibkarlıq fəaliyyətinə müəyyən maneçiliklər törədirdisə, 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışı tez bir zamanda özünün müsbət təsirini göstərdi. Bərpa olunan ictimai-siyasi sabitlik, dövlətçiliyimizin möhkəmləndirilməsi yönümündə yürüdülən məqsədyönlü daxili və xarici siyasət, uzaqgörən fərdi yanaşma qabiliyyəti digər sahələr kimi sahibkarlıq sektorunun da sürətlə inkişafına təkan verdi.

Ulu Öndər özəl sektorun ictimai-siyasi həyatdakı mövqeyini yüksək qiymətləndirdi və bu sahənin potensial imkanlarının inkişafı üçün iş adamlarına lazım olan şəraiti yaratmağa nail oldu.Hazırda ölkəmizin biznes həyatında önəmli rolu olan bir çox böyük şirkət və firmaların yaranmasının da bu dövrdə reallaşması heç də təsadüfi deyildir.

Bu gün dövlətimizin yenidənqurma və tikinti sektorunda xüsusi çəkisi olan “Minera MMC” 16 dekabr 1996-cı ildə “İlandağ-SA” adi ilə Rzayev Xudu Əhət oğlu tərəfindən təsis edilmişdir. Sonradan şirkətin fəaliyyət sahələrinin genişləndirilməsi nəticəsində Minera Şirkətlər Qrupu adı altında fəaliyyət göstərməyə başlandı.

Minera Şirkətlər Qrupu – Azərbaycanın tikinti və sənaye sahəsində qabaqcıl mövqe tutan, dinamik və sürətlə inkişaf edən bir şirkətdir. Şirkətimizin əsas fəaliyyət sahələrinə tikinti materiallarının istehsalı və satışından başlanmış, infrastruktur layihələrinin hazırlanması və həyata keçirilməsi, layihələrin işlənib hazırlanması, ictimai və şəxsi obyektlərin, ofislərin, mənzillərin tikintisi və əsaslı təmiri, dizayn, memarlıq və s. kimi xidmətləri özündə birləşdirir.