О компании

Город: Bakı, Azerbaijan

“Lingvo” Tərcümə Mərkəzi 2009-cu ildə Bakı şəhərində təsis edilib, fəaliyyət göstərir. İlk vaxtlarda ingilis, rus, türk, ərəb, fars və alman dilləri üzrə tərcümə xidməti göstərən mərkəzimiz, qısa müddətdən sonra tərcümə etdiyi dillərin sayını 50-dək artırmışdır.

Əldə etdiyimiz təcrübə, əlbəttə ki, öz-özünə baş verməmişdir. Çəkdiyimiz ağır zəhmət hesabına, çətinlikləri aradan qaldırmaqla, xüsusilə də əziz müştərilərin tələblərini yerinə yetirməklə əldə edilən təcrübəmizi yenidən sizin üçün səfərbər edirik.