Sətəm üzrə mühəndis
Rüfət Balanmədov, 51 yaş, Bakı
1100
Qrafik: Tam iş günü
Təhsil

Ali

1981-1986- cı illər AzPİ- Azərbaycan Politexnik İnstitutu (indiki ATU-Azərbaycan Texniki Universiteti) Gündüz şöbəsi
İxtisas: mühəndis konstruktor-texnoloq

Bacarıqlar

Dil bilmə
Azərbaycanca- ana dili
Türkcə - yaxşı
İngiliscə- kafi
Rusca - yaxşı
Farsca- yazıb oxumaq

Kompüter proqramları
Office (MS Word, Excel, İnternet)

işçilərə SƏTƏM üzrə bütün qaydaların öyrədilməsi və onların təlimatlandırılması, bütün peşələr üzrə təlimatların hazırlanması,iş yerlərini hazırlanması, təşkili və saxlanılması; təhlükəsiz iş üsulları, qəzaların baş vermə ehtimalı və aradan qaldırılması üzrə tədbirlər: iş yerində, sexdə, digər istehsalat obyektlərində yanğınsöndürmə vasitələrindən istifadə etmə və saz vəziyyətdə saxlamağın qaydaları; fəhlə və qulluqçulara təlimatın keçirilməsinin təşkili və aparılması, giriş, iş yerində, lkin, təkrar təlimatların keçirilməsi, iş yerində, müəssisə ərazisində, sexdə onların əsas vəzifələri və davranış qaydaları, istehsalat prosesi və tətbiq olunan avadanlıqlar, mexanizimlər və qurğular haqqında ümumi məlumat vermək, avadanlıqlara və mexanizimlərə xidmət etdikləri zaman təhlükəsizlik tədbirlərini başa salmaq; zərərli istehsalat sahəsində çalışan işçilərin süd və ya süd məhsulları, meyvə şirələrilə təmin olunmasına nəzarət etmək, riskin qiymətləndirilməsi, yüksək tonlu kranlarla (LTM 300,LTM 225, LTM 200 ton və s.) işləmək, onlara sertifikatların alınması, yükqaldırıcı avadanlıqların (kanatların, digər qoşqu alətlərinin) müntəzəm yoxlanılması və onlarla təhlükəsiz iş üsullarını təmin etmək, iş yerlərinin attestasiyasının aparılması, əməliyyatdan əvəl işlərin görülməsi, bütün persionalın iş zamanı vəzifələrinin aydınlaşdırılması, işə uyğun fərdi mühafizə vasitələrinin geyinilməsi, şirkətin bütün sahələrində isləyən işçilərin təhlükəsizliyini təmin etmək, işçilərə təhlükəsiz iş üsullarını vaxtında və mükəmməl öyrətmək, sənədlərin düzgün rəsmiləşdirilməsinin təşkilinə metodik rəhbərlik, əmək şəraitinin yaxşılaşdırılması planını işləyib hazırlamaq, bütün peşələr üzrə təlimatların işlənib hazırlanması, əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın işinin təşkili, MTİ və fəhlələrin biliklərinin yoxlanılması üçün proqrqmların və sualların , biletlərin tərtib olunmasını təşkil etmək, sex və obyektlərdə təhlükəsizlik texnikası guşələrinin və əməyin mühafizəsi kabinetlərinin təşkili, təlimatların vaxtlı- vaxtında aparılması, istehsal prosesində avadanlıqların, mexanizimlərin və qurğuların təhlükəsiz istismrına nəzarət, işə başlamağa icazənin verilməsi, qaynaq işlərinin aparılması və enerji sistemlərinin təcrid olunması, torpaq qazma işlərinin aparılması, yüklərin qaldırıcı kranlarla yerdəyişməsi və qaldırılması, sex daxili körpülü kranların və həmçinin tikinti sahəsindəki qülləli kranların işinə və iş zamanı istifadə olunan kəmər və trosların təhlükəsiz istismarına nəzarət, tikinti sahəsində və qapalı sahədə işlərin aparılması,körpülərin tikilməsi, yüksəklikdə işlərin təhlükəsiz görülməsi, nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qayalarına əməl olunması,qaz xətlərinin çəkilişi və istismara verilməsi. iş zamanı tətbiq olunan dəyişikliklərin idarə olunması, xüsusi təhlükəli kimyəvi maddələrin və oddan təhlükəli mayelərin nəqliyyat vasitələri ilə daşınmasına xüsusi nəzarət, baş verə biləcək bədbəxt halların qarşısını almaq üçün tədbirlər planını işləyib hazırlamaq, İZ formalı aktın hazırlanması, bədbəxt hadisələr zamanı təyinatına uyğun zərəçəkənə hansı ilkin tibbi yardımın göstərilməsini işçilərə plakatlar və əyani vasitələrlə başa salmaq, müntəzəm olaraq işçilərlə fərdi söhbətlər aparmaq, təhlükəli iş rejimində işləyən işçiləri daimi nəzarətdə saxlamaq, peşə xəsarətlərinin və digər xəstəliklərinin təhqiqində yaxından iştirak etmək, onların aradan qaldırılması üçün profilaktik tədbirləri işləyib hazırlamaq və s.

Əlavə məlumat

İşlədiyim müddət ərzində BP, Bos Shelf, Bridion, Macdermot, Holliburton, Strabag, RigMarine, ATR Caspian və s. şirkətlərin əməkdaşları ilə birlikdə olmuşam. Kazaxstanda, Liviyada, Rusiya Federasiyasında, Ukraynada işlər aparmışıq. Bu illər ərzində həmişə SƏTƏM-in qayda və prinsiplərinə, işlədiyim şirkətinin daxili nizam-intizam qaydalarına və müdiriyyətin göstərişlərinə əməl etmişəm.. Demək olar ki, bu gün respublikamızda fəaliyyət göstərən bütün xarici kompaniyalarla, istərsədə yerli şirkətlərlə mən işimlə əlaqədar müntəzəm təmasda olmuşam və onlarla işləmək üçün bacarığım var. Fövqəladə Hallar Nazirliyinin nəznində fəaliyyət göstərən institutda SƏTƏM üzrə tədris kursu keçmişəm, sertifikat və vəsiqə ilə təmin olunmuşam.(Tikinti sahəsində təhlükəsiz iş üsulları,yükqaldırma, tunellərin bərpası, qaz xətlərinin çəkilişi zamanı təhlükəsizlik tədbirləri). Verilən bu setifikat və vəsiqəyə əsasən mən işlədiyim hər bir təşkilatda və ya firmada (təşkilatın və ya firmanın həyata keçirdiyi iş fəaliyyətindən asılı olmayaraq) isçilərə SƏTƏM-in qayda və prinsiplərindən planlı şəkildə tədris vermək hüququm var.Bacarıqlıyam və güclü yazılı və şifahi dil qabiliyyətinə malikəm. Əla planlaşdırma, təşkilatçılıq və işğüzar mühitdə yüksək yaradıcılıqla işləmək qabiliyyətim var. Sürücülük vəsiqəm və maşınım var.
Hobbim xarici dil öyrənmək və bildiyim dilləri təkmilləşdirmək. Əsas maraqlarım sənətimə uyğun tətbiq olunan yenilikləri öyrənmək,tarixi kitablar oxumaq

Oxşar namizədlər

4000 AZN
Neft & Qaz Senayesi mühəndis
Adil Muradov

Mudlloging Data Analyst, MWD/LWD


Ətraflı
450 AZN
Mühəndis-Topoqraf
Ferid Kerimli , 23 yaş

Butun GPS olcu aparatlarinda isleme qabiliyyeti autocad sketcup biliyi

rus-orta ingilis-orta


Ətraflı
500 AZN
Mühəndis / santexnik
Ənvər Qarayev , 57 yaş

Məsuliyyətli,ciddi,tələbkar,işdə dəqiqliyi sevən.

Mütaliə etməyi,idmanla məşğul olmağı sevirəm.


Ətraflı
900 AZN
Aparıcı mühəndis
Asif Əsədov , 38 yaş

kompyuter proqramlarinda(excel, wold, internet explorer, corel ve s.) serbest isleyirem, rus dilini yaxsi, ingilis dilini orta, turk dilini yaxsi bilirem.

isimde mesuliyyetli, telebkar, ciddiyem, rehberliyin verdiyi tapsirigi deqiq ve vaxtinda hell edirem, kollektive tez uygunlasiram, unsiyyetcilem, bc kateqoriyali suruculuk vesiqem var, isden sonra bos vaxtlarimi ailemle kecirmeyi ve idmanla mesgul olmaga ustunluk verirem.


Ətraflı
800 AZN
Kimyaçı-texnoloq
Nərmin Axundova , 35 yaş

kompyuter-word-excell...
avtomobil idarə edilməsi


Ətraflı