Uğurun sirri: Telefon danışığı

Uğurun sirri: Telefon danışığı

Güclü və nüfuzlu insanlarla yaxşı münasibətlər gözəl danışıq tərzindən keçir. Təsəvvür edin gözəl və səlist danışıq tərzinizlə qarşı tərəfdə hansı müsbət təəssüratları yarada bilərsiniz.

1. Həmişə 2-ci və 3-cü zəng səsindən sonra cavab verin – Dəstəyi tez qaldırmaqla Siz həmin insana olan diqqətinizi nümayiş etdirmiş olursunuz. Belə olan halda ünsiyyət müsbət notlarla başlayır.

2. Xoş, eyni zamanda lakonik danışın – Ünsiyyətin uzun davam etməməsi üçün “Sizə necə kömək edə bilərəm?” sualından istifadə etməklə ünsiyyəti mətləbə gətirib çıxara bilərsiniz. Vaxtınıza hörmətlə yanaşın.

3. Ünsiyyətdə “ara” sözlər – Səlist danışıq bacarığınızı inkişaf etdirmək üçün çalışın ünsiyyəti bir dildə aparın. Ara sözlərdən istifadə Sizin qeyri-peşəkarlığınızından xəbər verir.

4. Səs tembri – Yerləşdiyiniz məkandan asılı olmadan səs tembrinizə diqqət edin. Ətrafdakı insanları nəzərə alın.

5. Telefon zəngi – Hər bir insanın telefon zəngi onun haqqında məlumat verir. Haqqınızda müsbət fikirlərin yaranması üçün bu nüansa diqqət edin.

Mənbə: news.cvcenter.az