Şirkətlərdə təcrübə keçənlərin yol verdiyi səhvlər

Şirkətlərdə təcrübə keçənlərin yol verdiyi səhvlər

-Təcrübə müddətinə başlamadan öncə bir hissəsi olacağınız şirkət haqqında bacardığınız qədər çox məlumat əldə etməyə çalışın. Bunun üçün isə sual verməkdən əsla çəkinməyin;

– Təcrübələrin əksəriyyəti bəsit və ən adi tapşırıqların icrası ilə başlaya bilər. Lakin bu tapşırıqlar zamanla çətinləşməyə doğru gedir. Bu səbəbdən də ilk başdan bezdiyiniz ilə bağlı gileylərdən uzaq olun;

– Rəhbər və kolleqalarınızın hər hansı bir məsələdə səhv olduğunu hesab etsəniz belə, onlara hörmətlə yanaşın. Çünki onların təcrübələri hazırda Sizinkindən çoxdur;

– Təcrübəçi olmağınız məsuliyyətdən uzaq olduğunuz demək deyil;

– Həddindən artıq çox sual verməyin. Hər 10 dəqiqədən bir rəhbərə sualla müraciət etməmişdən öncə düşünün, bəlkə özünüz cavab tapa bildiniz;

– Üzərinizə bacardığınız qədər tapşırıq götürün. Qaydalara əsasən, təcrübəçilər öz imkanlarını həddindən artıq çox qiymətləndirir və tapşırığın icrası üçün qısa müddət tələb edirlər;

– Tənqiddən qorxmayın və onu ünvanınıza deyilmiş təhqir kimi qəbul etməyin;

– Gecikməyin. Hələ təcrübəçi olduğunuz bir müddətdə işə gecikmək gələcək üçün də haqqınızda mənfi fikirlər formalaşdıracaq;

– İşinizi yoxlayın. Təcrübəçilər adətən tapşırığı cəld bir şəkildə yerinə yetirməyə çalışılar. Bu səbəbdən də işinizə rəhbərə təqdim etməmişdən öncə onu yoxlamaqda fayda var.


Mənbə: news.cvcenter.az