Qadınlara yüksək maaş vəd edən 10 peşə sahəsi

Qadınlara yüksək maaş vəd edən 10 peşə sahəsi

Statistik məlumatlar göstərir ki, ölkəmizdə işçi qüvvəsinin müəyyən hissəsini qadınlar təşkil edir. Əvvəlki illərlə müqayisədə zərif cinsin nümayəndələri arasında əməyə meyillilik kifayət qədər çoxalıb. Xüsusilə, yüksək maaşlı və böyük məsuliyyət tələb edən işlər artıq qadınlara asanlıqla etibar olunur.

Bu dəfəki məqaləmizdə sizə qadınlara iri məbləğdə gəlir gətirən peşələrdən söz açacağıq. Müvafiq sahənin ekspertlərinin apardığı sorğu və araşdırmaların nəticəsi göstərib ki, qadınların məvaciblərinin yuxarı olduğu sahələr əsasən- tibb, ədliyyə, idarəetmə və təhsil şöbələridir. Indi isə, sözün əsl mənasında xanımlar üçün qazanclı olacaq top 10 peşəni nəzərinizə çatdırırıq. Qeyd edək ki, peşələrin ardıcıllığı şərti xarakter daşıyır.

  1. Əczaçılar. Əczaçıların əsas funksiyası alıcılara, həkimin yazdığı resptə uyğun olaraq dərman pereparatlarının təqdim edilməsidir. Lakin onlar həmçinin, yüngül xarakterli xəstəliklər zamanı, müştəri həkimə getmədiyi hallarda dərman pereparatlarını özləri də təyin edirlər. Əczaçılar əsasən ya apteklərdə, ya da hospital və klinikaların dərman şöbələrində fəaliyyət göstərirlər. İxtisasının peşəkarı olmaq üçün hər bir əczaçı mütləq əczaçılıq üzrə yüksək təhsil dərəcəsi almalıdır. Lisenziyalı əczaçılar üçün yüksək maaşlı iş tapmaq daha rahatdır.
  2. Hüquqşünaslar. Bu peşənin sahibləri fərdi müştərilər, hökumət və qeyri-hökumət təşkilatlarının məhkəmə proseslərində vəkillik edir və ya prosesi hakim kimi idarə edirlər. Həmçinin, ayrı-ayrı şirkətlərə və ya biznesmenlərə müəyyən hüquqi məsləhət verirlər. Peşəkar hüquqşünas olmaqdan ötrü, xanımlar ən azı 4 illik hüquq bakalavr dərəcəsinə malik olmalıdırlar. Yaxşı olardı ki, müvafiq sahə üzrə magistr təhsili də alsınlar.
  3. Kompyuter və İnformasiya Sistemləri üzrə menecer. Həmçinin İnformasiya Texnologiyaları mütəxəssisləri kimi də tanınan peşə sahibləri- kompyuterlə bağlı layihələrin hazırlanması, təhlili və həyata keçirilməsi ilə məşğul olurlar. Onların vəzifələri birbaşa proqram və apparat təminatı həmçinin, veb layihələndirmələrdə verilənlər bazasının inkişafı, eləcə də şirkətin İT istiqamətləri və strategiyalarının müəyyən olunması ilə bağlı ola bilər. İT menecerlərin əksəriyyəti müvafiq sahə üzrə bakalavr dərəcəsinə malik olurlar. Hərçənd, daha spesifik istiqamətdə orta və peşə təhsili alanlar da az deyil.
  4. Həkimlər. Həkim və cərrahlar, pasientlərin səhhətinə cavabdeh olan tibb işçiləridir. Həkimlər özləri ali təhsili bitirdikdən sonra ayrı-ayrı sahələr üzrə ixtisaslaşmağa başlayırlar, məs: anestezioloq, uroloq, plastik cərrah və s. Həkim olmaq, orta məktəbdən bakalavr dərəcəsinə və sonradan rezidenturaya qədər, uzun illəri əhatə edən geniş nəzəri və təcrübi biliklər tələb edir.
  5. Baş direktorlar. Icraçı direktorlar şirkətin əməliyyatlarını planlaşdırır, koordinasiya edir və işin gedişinə nəzarət edirlər. Onların əsas vəzifəsi, şirkətin öz məqsədlərinə çatmasını təmin etməkdən ibarətdir. Bu sahənin mütəxəssisləri ictimai və özəl sektorun müxtəlif şöbələrində çalışa bilərlər. Baxmayaraq ki, onlar yüksək miqdarda maaş əldə edirlər, lakin kifayət qədər uzun saatlar və ağır qrafiklər altında işləməyə məhkumdurlar. Bununla yanaşı, şirkətin müvəffəqiyyət əldə etməsinə və onun qorunub saxlanmasına birbaşa cavabdehdirlər.
  6. Tibb bacıları- Cib bacıları. Tibb bacıları, xəstəxanalar, klinikalar, məktəb və həbsxənalarda və s. də müalicəni təmin edən səhiyyə işçiləridir. Onlar həmçinin xəstələr və onların ailələri üçün fiziki və emosional dəstək də təmin edirlər. Şəfqət bacısı olmağın bir neçə üsulu var. Bunun üçün, siz ya 4 il bakalavr təhsili almalı, ya da müvafiq sahə üzrə akkreditasiyalı proqramda iştirak etməlisiniz.
  7. Mühasiblər. Mühasiblər maliyyə uçotunun təşkili və idarə edilməsi üçün məsuliyyət daşıyırlar. Onlar həmçinin, fərdi və ya biznes vergilərinin vaxtında və düzgün ödənilməsi, şirkətin maliyyə strukturunun nizamlanması və s. ciddi məsələlərdə də müəyyən cavabdehlik daşıyırlar. Mühasiblərin əksəriyyəti, maliyyə, mühasibat və oxşar sahələrdə təhsil almış şəxslərdir.
  8. İbtidai və aşağı sinif müəllimləri. Ibtidai və orta məktəb müəllimləri müxtəlif fənnlər üzrə uşaqların maarifləndirilməsində məsuliyyət daşıyırlar. Əgər ibtidai sinif müəllimləri eyni vaxtda- riyaziyyat, dil, dünya görüşünün artırılmasına kömək edən bir neçə fənnin tədrisi ilə məşğul olurlarsa, yuxarı sinif müəllimləri spesifik sahə üzrə ixtisaslaşmış olurlar, məs: tarix, fizika, coğrafiya və s. Əksər müəllimlər hazırda aylıq əmək haqqları ilə yanaşı məktəbdən kənar abituriyent və şagird hazırlığı ilə də məşğul olurlar. Orta məktəblərdə müəllim vəzifəsinə cəlb olunmaqdan ötrü, siz ilk növbədə, 4 illik bakalavr dərəcəsi qazanmalı, sonra isə ilin müvafiq dövrlərində ümumrespublika üzrə keçirilən imtahanda yaxşı nəticə əldə etməlisiniz.
  9. Insan resursları üzrə mütəxəssislər. Bu peə sahəsi ölkəmizdə demək olar ki, yenidir və bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac var. HR menecrləri, şirkətin işçi komandasına yeni üzvlərin cəlb olunması, onların yoxlanılması və müvafiq vəzifəyə təyin olunması ilə məşğul olurlar. Bununla yanaşı onlar işçi münasibətlərinin başqa aspektlərində də -maaş və müavinətin miqdarının müəyyən olunması, işçilərə işin keyfiyyəti və əmək məhsuldarlığını artıran təlimlərin keçirilməsi və s. iştirak edə bilərlər. Adı çəkilən menecerlər, həmçinin şirkət daxili münaqişələrin qarşısının alınması, mübahisələrin tərəfləri razı salacaq yolla həll olunmasında da müəyyən cavabdehlik daşıyırlar.
  10. Dizaynerlər. Kreativ sənaye sahəsinin mütəxəssislərinin fəaliyyət istiqamətləri olduqca rəngarəngdir. Buraya interyer və qrafik dizaynerləri, moda və cəvahirət sahələri üzzrə məşğul olan dizaynerləri, stilistləri, həmçinin rəssamları misal göstərmək olar.

Mənbə: cvcenter.az