Oğlanlar hansı qızları sevir?

Hər bir qadına məlumdur ki, kişilər gözləri ilə sevir və ilk növbədə xarici görünüşə baxırlar. Simanın gözəlliyi, saçların, ayaqların uzunluğu, bədən quruluşu, makiyaj və s. - bütün bunlar önəmlidir. 

Bu məqalədən siz kişilərin hansı qadınları xoşladığını öyrənəcəksiniz!

1. Saçlar

İlk öncə saçların rəngindən başlayaq. Statistikaya əsasən çox parlaq rənglər kişiləri sizdən uzaqlaşdıra bilər. Onlar əsasən yeniyetmələrə və ya maskaradçün yararlıdır. Ən yaxşısı zərif, daha təbii rəngləri seçməkdir.

Kişilər daha çox əzizləyə biləcəkləri, çəki-düzən verilmiş saçları xoşlayırlar. Saçlarınızın qayğısına qalın.

2. Əllər

Heç kəs üçün sirr deyil ki, kişilər qadınların əllərinə çox diqqət yetirirlər. Statistikaya əsasən onlar daha çox qısa, səliqəli dırnaqlara üstünlük verir.

3. Qoxu

Kişilər tər iyinə, ağızdan gələn qoxuya qarşı çox həssasdır. Qadından xoşagəlməz iyin gəlməsi yol verilməzdir.

Parfümeriyalarda hər zövqə uyğun parfümlər və dezodarantlar tapa bilərsiniz.

Ağzınızdan pis qoxunun gəlməsini istəmirsinizsə, gündə ən azı 2 dəfə dişlərinizi yumağı unutmayın!

4. Geyim

Hər zaman geyiminizin təmiz olduğundan əmin olmalısınız. Əks təqdirdə kişlərdə xoşagəlməz təəsürat yarana bilər.

Köhnə, dəbdən düşmüş geyim həmçinin qadını gözəl götərməyəcək. Hamıdan fərqlənmək vacib deyil. Sadə və gözəl geyinərək diqqəti özünüzə cəlb edə bilərsiniz.

Həmçinin kosmetikadan həddən artıq istifadə etmək də sizin xeyrinizə olmayacaqdır.

5. Yeriş

Statistikaya əsasən qızların oğlanın xoşuna gəlib gəlməyəcəyi onun yerişindən asılıdır. Qızlar öz yerişiylə oğlanları cəlb etməlidir.

Hündür daban ayaqqabını geyinərkən onun üzərində mükəmməl gəzə bildiyinizdən əmin olmalısınız.

6. Formasız bədən quruluşu

Fiziki cəhətdən quruluşsuz görünən bədən də kişiləri cəlb etmir. Kişilər az əzələli, lakin, elastik bədən xoşlayır. Belə bədənə sahib olmaq üçün düzgün qidalanmaq və həftədə bir neçə dəfə idmanla məşğul olmaq kifayətdir.

Həmçinin,

-Səliqəsiz ayaqqabı;

-Qısa saç düzümü;

-Aqressivlik və kobudluq da kişilərin xoşuna gəlmir.

Kişilər siqaret çəkən və içki içən qadınları sevmirlər.

Mənbə: kenquru.com