Nəyə görə kişi və qadın köynəklərində düymələr fərqli tərəfdə olur?

Nəyə görə kişi və qadın köynəklərində düymələr fərqli tərəfdə olur?

Yəqin ki, nə vaxtsa qadın və kişi köynəklərində düymələrin fərqli yerlərdə olduğuna fikir vermisiniz. Bəs bunun səbəbi ilə maraqlanmısınızmı? Əslində bu fərq elə düymələrin yarandığı tarixdən meydana çıxmışdır.

Belə çıxıb ki, bu fərq XIII əsrdən, yəni düymələrin yaranma tarixindən vardır.

O vaxtlar yeni dəb hesab olunan düyməli köynəkləri ancaq imkanlı insanlar ala bilirdilər. İmkanlı qadınların isə qulluqçuları var idi – və onlara köynəyi geyməyə kömək edirdilər. Bu səbəbdən də qadın köynəklərində düymələr solda qoyulurdu (solaxaylar azlıq təşkil etdiyi üçün) və qulluqçulara düyməni bağlamaq rahat olurdu.

Kişilər isə köynəklərini özləri düymələdiyi üçün, düymələr onlara daha rahat olan yerdə – sağda qoyulurdu.



Mənbə: feed.az