Müsahibədə demək istədiklərimiz, amma deyə bilmədiklərimiz

Müsahibədə demək istədiklərimiz, amma deyə bilmədiklərimiz

Müsahibə həm işə götürən, həm də namizəd üçün çətin bir görüşdür.

Biz sizə bu məqalədə müsahibədə insanların əslində demək istədikləri, lakin işə qəbul olunmayacaqlarından qorxaraq demədikləri haqqında danışacağıq.

Sizcə mən iş yerimi nəyə görə dəyişmək istəyirəm?

Çünki mənim müdriyyətim çox pis idi!

İnsanların iş yerlərini dəyişməklərinin əsas səbəblərindən biri də müdriyyətlərindən narazı olmaqlarındadır.

İşə götürənin sizin keçmiş iş yerinizdə problemli müdriyyətin bilməsindən asılı olmayaraq siz özünüz bunu səsləndirməməlisiniz.

Siz təsəvvür belə etmirsiniz ki, mənim keçmiş şirkətimdə qanun pozuntuları, vergilər, təhlkəsizlik texnikası və digər məsələlərlə vəziyyətin necə olduğunu təsəvvür belə etmirsiniz!

Əgər sizin keçmiş müdiriniz mənfəət xətrinə etikaya, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşırdısa, siz iş yerinizi dəyişmək qərarına gələrək yaxşı qərar qəbul etmisiniz.
Lakin siz bu haqqda işə götürənə deməsəniz də olar.

Siz şirkətə işə qəbul olmamışdan öncə şirkətin nüfuzunu və digər nüansları araşdırmalısınız.

Siz mənumlə müsahibəyə bir az da zəif hazırlaşa bilmirdiniz?

Namizədlərin iş müsahibəsinə hazırlaşmaqları çox vacibdir. Bəs iş götürənləri necə?

Əksər hallarda işə götürənlər kimdən müsahibə götürdüklərini belə bilmirlər və namizədin tərcümeyi- halını müsahibə zamanı oxuyurlar. İstənilən namizəd üçün bu xoşagəlməz bir təcrübədir.

Lakin bu vəziyyətdən xeyir çıxartmaq olar. Siz müsahibə götürənin sual verməyini gözləməyərək öz əsas nailiyyətləriniz, təcrübəniz haqqında danışa bilərsiniz. Sizə özünüzü yaxşı tərəfdən təqdim etmək imkanı verilir- bundan yararlanın.

Təbii ki, siz müsahibə götürənin mesahibəyə hazırlaşmadığı haqqında eyham vurmamalısınız.

Yəgin ki, siz məni işə götürməyəcəksiniz, çünki mən sizdən iki dəfə böyüyəm.

Əfsuslar olsun ki, bugünkü gündə belə namizdələrin yaş həddləri məsləsi aktual olaraq qalır. Gənc kollektivə adətən nisbtən yaşlı namizədi işə götürmürlər.

Lakin siz yenə də müsahibə zamanı diqqəti öz yaşınıza çəkməməlisiniz. Heç vaxt bu ifadələri işlətməyin: «Mən sizin yaşınızda olanda…», «Mənim dövrümdə…» və s.

Əsas olan sizin peşəkarlığınız, bilikləriniz və təcrübənizdir.

Yaşınız haqqında deyil, öz peşəkarlğınız haqqında düşünün.

Əsas mətləbə keçək- siz şirkətdə əmək haqqı nə qədərdir?

İşə götürənlərin və namizədlərin əmək haqqı barəsində səmimi olsaydılar, müsahibə zamanı vaxta qənaet etmək olardı. Çünki əksər hallarda əmək haqqı əsas məsələ və tələbdir.

Lakin, əfsuslar olsun ki, bu məsələdə qaydalar şəffaf deyil. Əmək haqqının məbləği haqqında sonda danışılır.

Mənbə: news.cvcenter.az