Motivasiyanızı müəyyən edin

Motivasiyanızı müəyyən edin

İrəliləyiş – Bu insanlar arzuolunan mükafata nail olmaq üçün sərt rəqabətə meylli və çox gec vaxtlaradək işləməyə hazır olur. İşə yenicə başlamış şəxslər üçün irəliləyiş, bir qayda olaraq, birinci dərəcəli məqsədə çevrilir. Yalnız 30 yaşa yaxın insanlar başqa prioritetlər haqqında düşünməyə başlayırlar.

Təhlükəsizlik – Bu qrup insanlar riskdən qaçır, əldəetdiklərini saxlamağa çalışdıqları qədər, irəliləyişə bir o qədər də can atmırlar. İnsanlara bu tip zəmanət istədiklərini etiraf etmək çətindir, axı bu “ofis qarışqası”nın işinə bənzəyir. Hazırda bir çox sektorlarda sərbəst işləmək imkanı yarandığı halda, kim həşarata çevrilmək istəyər axı? Ancaq təhlükəsizliyi əsas hesab edən işçilər şirkətə etibarlı olur, iş tələb etdiyi halda qələbəyə ümid etmədən, yüksək əzmlə çalışmağa hazır olurlar.

Azadlıq – Bu tip insanlar üçün hər şeydən vacib azadlıqlarıdır, onlar öz yollarını özləri seçir, daxili nizam-intizama, hesabata, bürokratiyanın bütün formalarına dözmürlər. ABŞ-da azadlığa meyillilik inkişafa meyillilik qədər yaxşı qarşılanır və alqışlanır. Ancaq liberallara muxtariyyət əldə etməmişdən qabaq çalışmaq lazım gəlir. Yeri gəlmişkən, çoxları, karyeranın başlanğıcında, nüfuz qazanamağa başlayanda, hətta bu cür olmasa belə, sizin üçün irəliləyişin əsas olduğunu nümayiş etdirməyi məsləhət görürlər. Mövqeyinizi möhkəmləndirdikdən sonra, sürəti zəiflətmək və daha qiymətli “daxili” mükafatlara can atmaq olar.

Yüksək məna – Bəzi insanlar öz bilikləri, yeniliklər yaratmaq, ümumi işdə iştirak etmək, problemləri həll etmək qabiliyyətləri ilə fəxr edirlər. Bu ambisiyalı insanlar, əsasən bir ideyanın pərəstişkarı olurlar. İrəliləyişi düşünən peşəkarlardan fərqli olaraq (müştəri və rəhbərliyə yaramaq üçün onlar cansıxıcı tapşırıqları da yerinə yetirirlər), “fikrən asılı olanlar” intellektual və emosional təlabatlarına uyğun olan, hətta yüksək riskli və mükafat vəd etməyən işlərdən yapışırlar.

Tarazlıq – Bu mətnin hər abzasını oxuyarkən razılaşırsınız, çünki bütün variantlar Sizə kifayət qədər ağıllı və arzuolunan gəlir? Deməli, sizin stimulunuz tarazlıqdır. Bu cür karyera düzümü olan insanlar uğuru, fərdi inkişafı, yaxın münasibəti bir-birinə uyğunlaşdırmaq istəyir və bu məqsədlərin heç birindən digərinə görə keçməyə hazır deyil. Onlar şəxsi həyatdan imtina etmək və bütövlükdə karyeradan uzaqlaşmaq istəmirlər.



Mənbə: news.cvcenter.az