Motivasiya, müvəffəqiyyət və xoşbəxtlik

Motivasiya, müvəffəqiyyət və xoşbəxtlik

“Çox çalışmaq müvəffəqiyyətin açarıdır.” Əminəm ki bunu duymayan yoxdur. Yaxşı, bəs həqiqətən elədirmi?

O zaman etməmiz lazım olan işlər sadədir. 1.iş tap 2.çox çalış 3.müvvəffəqqiyyət əldə et 4.xoşbəxt ol. Ancaq hadisələr bu qədər asan deyil, elə olsaydı hər kəs edərdi. Bəs nə yoxdur?

Motivasiya.

Çox adam işləmək üçün lazım olan motivasiyanı özündə tapa bilmir. Həyatları boyunca sevmədikləri işlərdə zorla işləyərək, müqavimət göstərərək yaşayırlar və ölürlər. Bəs xoşbəxtlik? Başını burax.

Yaxşı necə motivasiya ola bilərik? İki növ motivasiya növü var:

1.Xarici motivasiya. Nədir bu? nümunə bu tapşırığı bitirsəniz, bu işi etsəm özümə şokolad alacam və ya bu işi edə bilməsəm cəza olaraq filmə baxmayacam. Yaxşı bəs işə yarayarmı bu motivasiya? Yaraya bilər. Özünüz də təcrübə edə bilərsiniz. Sadə şeyləri etmək üçün işə yarasa da hər gün işdə zorla çalışmaq üçün kifayət deyil.

2.Daxili motivasiya: İşi sevdiyi üçün etmək. Nümunə: Məktəbə getməyi ölüm olaraq görən bir uşaq bütün gün kompüterin başından yalnız tualetə getmək üçün qalxaraq oyun oynaya bilir. Yorulurmu? Yorulur, amma daxili motivasiyası çox çox yaxşıdır. Bəs bunu işə necə tətbiq edə bilərik? Sadəcə etdiyiniz işi sevməniz gərək. Yaxşı, amma mən nəyi sevdiyimi bilmirəm. Dediyinizi eşidər kimiyəm. Bax burda bir səhv başa düşülmə var. Belə hesab edirlər ki, hər kəsə uyğun yalnız “bir” dənə iş, peşə, bölmə var onu tapması lazımdır. Belə bir şey yoxdur.

Daxili motivasiyanın üç əsas səbəbi.

  1. a) öz həyatını idarə istəyi, azadlıq.
  2. b) bir şeydə gedərək daha yaxşı olma istəyi.
  3. c) böyük bir məqsədə xidmət etmə istəyi.

Bir işi etməkdə çətinlik çəkirsinizsə, canınız istəmirsə bu 3 səbəbdən irəli gəlir.

  1. a) məcburiyyətində olduğunu hiss etmək, təzyiq.
  2. b) işi məqsədsiz, əhəmiyyətsiz görmək, boşuna etdiyini düşünmək.
  3. c)edə bilməyəcəyinizə, öhdəsindən gələ bilməycəyinizə özünüzü inadırnmaq.

Geriyə düşünmək qalır. Nə etmək istədiyinizi düşünün. Nə etmək istəmədiyinizi düşünün. İkisinin də səbəbləri yuxarıda. Yalnız düşünün.

Bunu da unutmayın ki müvəffəqiyyət sizə xoşbəxtlik gətirməz, xoşbəxtlik sizə müvəffəqiyyət gətirir.

Mənbə: cvcenter.az