Kişilər qışda daha çox cinsi əlaqə arzu edir

Kişilər qışda daha çox cinsi əlaqə arzu edir

Əgər havalar soyuduqca yataqdakı ehtirasınızın artdığını düşünürsünüzsə, tək deyilsiniz! 2013-cü ildə nəşr olunan bir araşdırmaya görə kişilər qış aylarında daha çox seks istəyir.

Üç həftədən bir hər kişi iki növ fotoşəkillə qarşı-qarşıya qaldı. Birində yalnız qadınların üzlərini gördülər. İkincisində isə bədənlərini. Ya duş qəbul edən qadınları ya da yaxın plan sinə çəkilişlərini gördülər. Bir il boyunca edilən təcrübə nəticəsi, yalnız qadın üzlərini görən kişilərin marağı dəyişmədi. Həmişə eyni seyrdə davam etdi.

Amma qadınların bədənlərini gördüklərində verdikləri reaksiya il boyunca dəyişiklik göstərdi. Araşdırmanın nəticəsinə görə, kişilərin cinsi xəbərdar edilmə nisbəti dekabr,yanvar və Fevral aylarında sürətli artdı. İyun, İyul və Avqust aylarında cinsi xəbərdar edilmə nisbəti daha aşağı idi.

Romantik bir əlaqəsi olan kişilərdə də eyni vəziyyət müşahidə edildi. Onlar da partnerlerini yaza nisbətlə qışda daha seksual olduqlarını gördülər.

Harvard Universitetində Psixiatr Dr Justin J LeMiller bu nəticəsi bir neçə nəzəriyyəyə bağladı. İlki, kişilərin yazın çimərliklərdə gördüyü bikini və çimərlik geyimi obrazlarıyla seksual arzularını normallaşdırması. Qışda isə dəri daha az göründüyü üçün kişilərin cinsi xəbərdar edilmə nisbəti arta bilər.

İkinci nəzəriyyə də kişilərin hormon səviyyəsindəki mevsimsel dalğalanmalar.

Başqa bir araşdırmaya görə də, soyuq havalarda spermanın keyfiyyəti artır. Bu da doğum sayında artıma səbəb olur.


Mənbə: qadin.az