Karyeranı irəli çəkən 6 ifadə

Karyeranı irəli çəkən 6 ifadə

«Bu çox maraqlıdır, mən bununla dərhal məşğul olacam»
Əgər idarəçi sizə tapşırıq verirsə, ona çox maraqla yanaşın. Laqeyd icraçı olmayın. İdarəçiyə göstərin ki, məşğul olduğunuz iş həqiqətən sizin üçün çox maraqlıdır. İdarəçi bunu özündə qeyd edəcək və çox dəyərləndirəcək .

«Gəlin bütün mənfi və müsbət tərəfləri müzakirə edək.»
Bəzən müdir və ya iş yoldaşlarınız sizə tam yersiz təkliflər irəli sürürlər. Onların bu ideyaların pis olmasını onlara birbaşa deməyə tələsməyin. Həqiqət mübahisədə ortaya çıxır, dava-dalaşda yox. Nəzakətli olaraq onları müzakirəyə dəvət edin, onların hansı nəticələrə gəlmək istədiklərini və hansı mənfi tərəflərin ortaya çıxa biləcəyi haqqında müzakirə edin: «Mən başa düşürəm, siz logistikada qənayət etmək istəyirsiniz, lakin klientlərə çatdırılma müddətin uzadılması xoşlarına gəlməyəcək». Nəzakət, problemin kompleksdə görmək bacarığı, kompromis tapmaq imkanı - uğurunuzun açarıdır. Tək işdə yox, praktiki olaraq hər yerdə. Problemi müzakirə edən zaman, digər ideyaları rədd etməyin, öz ideyalarınızı təklif edin. Məsləhətdir ki, bir neçə variant və ya ssenari.

«Biz planlaşdırdığımızdan da çox uğur qazanmışıq.»
Ciddi layihə bitən zaman, bu haqda müdriyyətə söyləmək lazımdır. Yadda saxlayın: canlı danışıq quru ədədlərdən daha effektivdir. Nailiyyətlərinizi müqayisələr ilə qeyd edin, konkret nümunələr göstərin: «Bu marketing strategiyası ilə biz planlaşdırdığımızdan da çox nail olmuşuq: yeni məhsulun satışları ikiqat artıb. İndi bizim telefonumuz dayanmır - klientlər elə zəng edir və yeni istehsal barədə soruşurlar». Lakin yadınızda saxlayın: dəyərlər reallığa müvafiq olmalıdır, «biz» sözü isə, «mən» sözündən daha yaxşıdır. Qətiyyən situasiyanı şişirtməyin - müdriyyət onları aldadan zaman bunu sevmir.

«Mən əlimdən gələni hər şey edəcəm.»
Heç kim fors-majorlardan sığorta olunmayıb. Misal üçün, "böyük" klient şirkət ilə müqavilənin kəsilməsi haqda söyləyir. Lakin şəxsən sizin bu şirkətin müdriyyəti ilə yaxşı insani əlaqələr qalıb. Diplomatik olun, bəlkə də, bu vacib klienti saxlaya bildiz. Lakin müdriyyətə bu haqda söyləməyi unutmayın. Formal olmayan yanaşmanızı qeyd edin və problemin “öz-özünə” həll olmayacağını bildirin. Lakin siz maksimum əlinizdən gələni edirsiniz. Hazırki halda qalib gəlməkdən əlavə, qalibin özü də vacibdir.

«Mən məsuliyyəti özümə götürməyə hazıram...»
Həqiqətən çox sehrli bir ifadə. Müdir üçün öz işçilərindən bunu eşitmək çox xoşdur. Çox güman, siz artıq idarəçi mərhələsinə böyüdüz, lakin sizə hələ məsuliyyətli tapşırıq vermirlər. Maraq göstərməyə və ümumi işin məsuliyyətini özünüzə götürməyə utanmayın. «Klientlər üçün öyrədici seminar keçirməyi təklif edirəm: bu onların yeni məhsulda daha düzgün istiqamətlənməyi kömək edəcək. Bunu təşkil etməyə hazıram», - uzun illər eyni tapşırıqları yerinə yetirməkdən fərqli olaraq, adətən bu cür təkliflər karyeranı daha çox irəli çəkir. Hazırki sahədə geniş təcrübəyə malik olduğunuzu bildirmək yersiz olmayacaq.

«Biz - əla komandayıq!»
Əgər sizin iş yoldaşlarınız - professionaldılarsa, bu halda onlar ilə işləməyinizə görə qürur duyursunuz. Bu hissləri gizlətməyin. İnsanlar həmişə pozitiv qiymətləndirəyə malikdirlər. Bəli, bizim cəmiyyətdə halal zəhmətə görə çox sağ ol deməyə qəbul edilməzdir. Amma bəlkə, bu adəti qırmaq vaxtıdır? Əgər siz hələ ki, “sizinlə işləmək mənə çox ləzzət edir” deyə bilmirsinizsə, nisbətən təvazökar ifadədən, misal üçün “sizinlə fəxr edirəm, kolleqalar!” istifadə edə bilərsiniz.