Karyera haqqında bəzi miflərə inanmayın

Karyera haqqında bəzi miflərə inanmayın

MİF 1 – Təhsilsiz karyera yoxdur

Əlbəttə ki, mevafiq sahədə təhsiliniz olmasa cərrah və ya prokuror ola bilməzsiniz. Amma bir çox sahələrdə əsl peşəkar olmaq üçün heç də diplomun olması əsas şərt deyil. Siz uğurlu dizayner, PR mütəxəssisi, proqramçı və ya jurnalist ola bilərsiniz. Bu zaman ancaq öz səriştənizə ə təcrübənizə arxalanmalısınız. İnadkarlıq, istək və yaxşı məlumat mənbələrinin olması kifayətdir.

MİF 2 – Uzun CV-lər sanballı görünür

İşəgötürənlər üçün savadlı, lakonik və səlist tərtib olunmuş CV kifayət edir. Yetər ki, həmin CV işəgötürənin suallarına cavab versin. Heç də bütün keçmiş iş yerlərinizi, getdiyiniz kursları və maraqlarınızı sadalamağa ehtiyac yoxdur. Əhəmiyyət kəsb edən iş yerlərinizi, vakansiyaya uyğun maraqlarınızı qeyd edin. Öz fikirlərinizi düzgün ifadə etməyi bacarın.

MİF 3 – 30 yaşa qədər hər şeyi müəyyənləşdirmək lazımdır

Əgər yaşınız 30 və ya 40-ı keçibsə bu o demək deyil ki, arzularınızdan imtina etməlisiniz. Düşünməyin ki, işdən gec çıxmaq və ya ofisdə çox ləngimək insanın xeyrinədir. Bu rəhbərlikdə Sizin həddindən çox astagəl, yetərincə səriştəli olmadığınız və işlərin öhdəsindən çevik şəkildə gələ bilmədiyiniz haqqında fikir oyada bilər. Eyni zamanda Siz tükənmək, stress və bitməz yorğunluq ilə üzləşəcəksiniz. Müxtəlif vəziyyətlər yarana bilər ki, Sizin işdə qalmağınız zəruri ola bilər amma bunu özünüz üçün bir adətə çevirməyin.

MİF 4 – Məşğulluq əzmkarlıqdan xəbər verir.

İşdə həddindən artıq məşğul olmaq tövsiyyə olunmur. Daima əlçatmaz olmaq karyera üçün təhlükəli ola bilər. Öz həmkarlarınızı hər zaman dinləyin və lazım gəldikdə onların işləri üçün vaxt ayırın.

MİF 5 – Tənqid karyera üçün təhdiddir.

İşlə bağlı olan tənqidlər inkişaf üçündür. Tənqidi dinləmək və ondan nəticə çıxartmaq lazımdır. Ona görə də məyus olub işdə motivasiyanızı itirməyə dəyməz. Nəzərə alın ki, tənqiddən sonra motivasiyanın itməsi daha tez hiss olunur.

MİF 6 – Ambisiyaları gizli saxlamaq lazımdır.

Şirkətlər ambisiyalı insanları öz sıralarına cəlb etməkdə daha çox maraqlıdırlar. Çünki həmin insanlar öz öhdəliklərini daha yaxşı həll edir və şirkətə daha çox faydalı olurlar. Yeni vakansiya açıldıqda isə rəhbərlik daha çox ambisiyalı insanı irəli çəkməkdə maraqlı olur.

Vəzifənizdən asılı olmayaraq işinizi elə görün ki, SİZƏ SÖZ GƏLMƏSİN.

Mənbə: cvcenter.az