İşdən qovulmağa səbəb olan səhvlər

İşdən qovulmağa səbəb olan səhvlər

İşinizi itirmək və müdiri əsəbləşdirmək istəmirinizsə, bu cümlələri əsla deməyin. Yəni bunları müdirə desəniz, tez bir zamanda işdən qovulacaqsınız. Bundan əmin olun!

İşinizlə vidaşlamaq təhlükəsi yaradan həmin cümlələr hansılardır?

1. «Bu mənin işim deyil ki?!»

Müdiri işi kimin etdiyi deyil, işin edilib-edilmədiyi maraqlandırar.

2. “Çox işim var”

Həmişə bunu desəniz, işinizi çatdırmadığınız və tənbəl olduğunuz düşünülə bilər.

3. «Bu qədər tez bir zamanda bu işi çatdıra bilmərəm!»

Layihəni görməmiş «yox, tez bir zamanda onu bitirə bilmərəm, dediyiniz vaxt çox tezdir» demək düzgün deyil. Planınızı hazırlayın, işə başlayın, sonra artıq vaxt istəyə bilərsiniz.

4. «Mümkün deyil, olmaz!»

Bu cümlə buğaya qırmızı parça göstərmək kimidir. Necə olur olsun, siz işi görün. Müdirin gözündə işinizə görə pul alırsınız. Pulu sizə havayı vermirlər.

5. “Əvvəl də sınamışdıq, alınmadı”

Ofisə yeni müdir gələndə sizə köhnə layihəni yenidən işləməyə verə bilər. “Əvvəl də sınamışdıq, alınmadı”, — desəniz, onu qəzəbləndirmiş olarsınız. Həm layihəni fərqli insanlar irəli sürdüyündən yəqin ki, fərqli düşüncələri də var. Müdirlər özündən əvvəl görülən işləri eşitməyi xoşlamaz.

6. «Biz onsuz da həmişə belə edirdik»

İnsanların çoxu qaydalarda dəyişikliyi sevməz. Ancaq yeni gələn müdir öz qaydalarını tətbiq etməklə dəyişiklik etmək istəyəcək. «Biz həmişə belə edirdik, indi dəyişikliyə nə ehtiyac var?!» demək sizi müdirinizin gözündən sala bilər.

7. «Mən onunla işləmək istəmirəm!»

Çox ehtimal ki, xoşunuz gəlməyən insanın da sizdən xoşu gəlmir. Ancaq bu, işdir və qrup halında işləməli olursunuz. Şikayət etməkdənsə, işi tez bir zamanda bitirib xoşlamadığınız insandan canınızı qurtara bilərsiniz.

8. «Mən etmədim»

Səhv sizin olduğu halda günahınızı başqalarının üstünə atmayın. Günahınız gec, ya tez ortaya çıxar və bu halda daha pis vəziyyətə düşərsiniz. Səhvlərinizin məsuliyyətini öhdənizə götürün.

9. «Niyə elə oldu, heç başa dümədim»

«Bilmirəm» kəlməsi müdirlər tərəfindən qəbul edilmir. Tez «bilmirəm» demək yerinə, yaxşıca düşünüb sonra cavab verin.

10. «Pulumu artırmasanız, işdən çıxacam!»

Düşünməyin ki, siz işdən çıxsanız, aləm bir-birinə qarışacaq. Əksinə, siz getsəniz, yerinizə daha da böyük təkliflərlə başqa işçi tapmaq asandır və o zaman üzülən siz olacaqsınız. Buna görə artım istədiyinizdə niyə layiq olduğunuzu da açıqlayın.


Mənbə: cvcenter.az