İşdə vaxt itkisinin qarşısının alınması

İşdə vaxt itkisinin qarşısının alınması

1.Edəcəklərinizi siyahıya alın.

Hər gün işə gələndə edəcəklərinizi siyahıya alın və günün sonunda həmin siyahıdakıları edib bitirməyə çalışın. Tapşırıqlarınızı əhəmiyyətlərinə görə sıraladığınızdan əmin olun. Diqqətinizi toplamaqda çətinliyiniz olduqda nəyisə çap etmək və ya faylları arxivləşdirmək kimi gərginliyi az olan tapşırıqları edin.

2.E-poçtunuzu təsadüfi yoxlamaqdan əl çəkin.

Kompüterinizin ekranına çıxan e-poçt mesajı əksəriyyət üçün fasiləsiz mesaj qutusunu yoxlamaq məcburiyyəti yarada bilər. E-poçtunuzu yoxlamaq vaxtınızı boşa sərf etməyinizə səbəb ola bilər, çünki üzərində çalışdığınız tapşırığa diqqətinizi yenidən cəmləməli olursunuz. Əgər həqiqətən önəmli bir mesaj gözləmirsinizsə, e-poçtunuzu yoxlamaq üçün səhər, qəlyanaltıdan sonra və axşamtərəfi kimi xüsusi vaxtlar planlaşdırın.

3.Eyni vaxtda birdən çox tapşırıq etməyin.

Əgər Siz eyni vaxtda həm e-poçtunuz, həm də həm də tapşırığınız üzərində çalışırsınızsa, onda hər ikisini tamamlamaq onları ayrı-ayrı tamamlamaqdan daha çox vaxt aparacaq. Nəticədə vaxtınızı boşa sərf edəcəksiniz. Buna səbəb birdən çox tapşırıq diqqətinizi tapşırıqlar arasında bölür və hər tapşırığa az diqqət ayırdığınıza görə onları tamamlamaq üçün daha çox vaxta ehtiyacınız olur.

4.Vaxtınızı hissələrə ayırın.

Oxşar fəaliyyətləri birlikdə qruplaşdırın və üzərində çalışdığınız fəaliyyəti bitirmədən digərinə atılmayın. Misal üçün, səhərlər əvvəlki gündən qalan bütün e-poçt mesajlarını cavablaya, mesajları bitirdikdən sonra görüşləriniz və ya telefon zənglərinizi edə bilər, sonra layihəniz üzərində çalışa bilər və nəhayət mesajlarınızı yenidən yoxlaya bilərsiniz. Unutmayın, oxşar fəaliyyətləri qruplaşdırdıqda beyniniz daha sürətli işləyir.


Mənbə: news.cvcenter.az