İş yerində motivasiyanızı artırmağın yolları

İş yerində motivasiyanızı artırmağın yolları

İş yerində motivasiyanızı artırmaq üçün enerjinizi yüksək tutmağa səhərdən başlayın. İşə hazırlanarkən ən sevdiyiniz geyimləri seçin. Sevdiyiniz geyimləri geydiyinizdə özünüzə güvən artar və daha yaxşı hiss etmənizə kömək edər.

Sizi gün boyu enerjisiz olmanızı əngəlləyəcək ilk şey səhər yeməyidir. Bəzi meyvələrin sizə xöşbəxtlik gətirdiyini bilirsiniz. Səhər yeməyinizdə bunları yeyərək günə xöşbəxt başlaya bilərsiniz.

Heç vaxt yeməyinizi işlədiyiniz masanın üzərində yeməyin. Günorta fasiləsini ofis ortamından fərqli bir yerdə keçirmək sizə enerji verəcək. Çalışın ki hava ala biləcəyiniz yerlərdə günorta yeməyinizi yeyəsiniz.

Konsantrasya ola bilmirsinizsə ya da işləyə bilmirsinizsə yarım saatda bir qalxıb ofisdə bir və ya iki dəqiqə gəzişməkdə fayda var. Stəkanınıza su doldurmaq da sizin üçün faydalı ola bilər.

Çalışdığınız masanın səliqəli olması sizə xöşbəxtlik verən amillərdən biridir.

İş yoldaşlarınızla aranızın yaxşı olması iş həyatınızın daha əyləncəli keçməsinə imkan yaradar. Onlarla etdiyiniz dialoqlar və bəlli zamanlarda proqram etməyiniz işə getməyinizdə motivasiyanı artırar.

Mənbə: cvcenter.az