İş seçimində bunları mütləq dəyərləndirin

İş seçimində bunları mütləq dəyərləndirin

Etdiyiniz iş müraciətləri nəhayət ki, nəticə verdi. Bir neçə yerdən iş təklifi gəldi. Yaxşı indi nə edəcəksiniz? Bu təklifləri düzgün qiymətləndirmək və sizin üçün ən uyğun olan işi seçmək kariyeranız baxımından çox əhəmiyyətlidir.

Son bir neçə ayınızı iş elanlarına baxaraq, işəgötürənlərlə görüşərək və internetdən iş elanlarına müraciət edərək keçirdiniz. Bir çox yerə CV’nizi qoydunuz və bir neçə müsahibəyə getdiniz. Və sonunda gözlədiyiniz an gəldi. İndi sıra sizdədir!

Sizə gələn iş təklifləri arasında seçim etməlisiniz. İş yerlərinə müraciət etdikdə qərar verməyin bu qədər çətin olacağını düşünməmişdiniz. Lakin bu anda doğru işi seçmək olduqca ciddi bir məsələdir. Qəbul edəcəyiniz iş təklifi çox güman ki, uzun müddət çalışacağınız bir iş olacaq.

İşdə sizin üçün ən vacib olanı müəyyənləşdirin. Bəziləri üçün çox əhəmiyyətli olan şey, digərləri üçün heç bir məna ifadə etməyə bilər, amma hər kəs çalışdığı işi sevməlidir.

İş seçimi edərkən nələrə diqqət etməlisiniz?

İş təklifinin müsbətləri və mənfiləri

Bir iş təklifini qiymətləndirmədən əvvəl mütləq işlə əlaqədar müsbət və mənfi təsirləri dəqiqləşdirməyiniz lazımdır. Bunu edə bilmək üçün əvvəlcə həmin işin və şirkətin sizə maddi və mənəvi tərəfdən nələr qazandıra biləcəyini və sizdən nələri ala biləcəyini mümkün olduğu qədər ətraflı araşdırın, təhlil edin. Maaş, sağlamlıq sığortası, nəqliyyat iş mühiti kimi qazancların sizin gözləntilərinizlə nə qədər uyğunlaşdığına baxın. Bu mövzuda sizin üçün daha yaxşı fürsətlər olub – ola bilməyəcəyinə qərar verin. Burada unudulmaması lazım olan ən əhəmiyyətli detallardan biri, işə girmə təlaşı ilə razı olacağınız və sizin üçün kafi olmayan təkliflərin çox qısa bir müddətdə sizi bədbəxt edəcəyidir.

Maaş tarazlığına diqqət edin:

İşlə bağlı ən vacib amil maaş deyil, amma o da böyük əhəmiyyət daşıyır. Xərclərinizi qarşılamaq üçün pul qazanmalısınız. O səbəblə işinizin qarşılığı olan ödənişi iş təklifini qəbul etmədən əvvəl mütləq araşdırın və peşə kafiliyinizə görə təklifdə bazarlıq şansınızı yoxlayın. Lakin unutmayın ki, işlə bağlı digər faktorlar sizin üçün uyğundursa, maaş mövzusunda razılaşa bilərsiniz.

Ofis mühitini mütləq əvvəldən görün:

Hansı mühitdə xoşbəxt, hansı mühitdə bədbəxt ola biləcəyinizi yalnız siz bilə bilərsiniz. Kimiləri üçün çox hərəkətli və sıx ancaq bunun yanında rəngli bir şəkildə hazırlanan ofislər cazibədardır. Kimiləri isə daha ciddi, hər kəsin kostyumla gəzdiyi iş mühitlərini seçər. Hansı olursa olsun, işləyəcəyiniz ofisi əvvəldən görün və orada özünüzü rahat hiss edib hiss etmədiyinizdən əmin olun. Şirkətə girmədən əvvəl bir ofis dövrü etsəniz bu sizə iş mühitilə əlaqədar fikir verəcək.

Təşkilati mədəniyyət:

Hər təşkilatın özünə xas bir quruluşu, dəyərləri və hədəfləri vardır. İşdə olan bu hədəflər və dəyərlərin sizinkilərlə kəsişməsi iş yerində xoşbəxtliyin açarlarından biridir. Məsələn, şirkətin sizin dəyərlərinizlə heç uyğunlaşmayan bir istehsalı varsa, bu sizin iş tutma şəkillərinizi təsir etməsə də iş yerindəki xoşbəxtliyinizə qəti olaraq təsir edər.

İşyeriniz və eviniz arasındakı yol

Xüsusilə böyük şəhərlərdə qarşılaşılan bu problem ilk etapda sizə təsir etməyəcək kimi görünsə də sonralar ciddi stres halı yaradacaq. İş yerinizə getmək üçün çox yol gedəcəyinizi düşünürsünüzsə, bunu həftənin beş günü edəcəyiniz gərçəyini də hesaba qatmalısınız.

İşləyən – idarəçi əlaqəsi haqqında əvvəldən məlumat əldə etməyə çalışın:

Hər gün saatlarla birgə işləyəcəyinizi nəzərə alsaq, müdiriniz və iş yoldaşlarınızın nəzakətli, anlayışlı olması sizin üçün olduqca əhəmiyyətlidir. Şirkətdə birə-bir əlaqəniz olmasa da ən üst idarəçilərin birlikdə işlədiyi insanlara qarşı tutum və davranışları çox əhəmiyyətlidir. Çünki bu tutum və davranışlar ümumiyyətlə şirkətin bütünündə etibarlı olar.Ancaq bunun yanında əgər o kəslərin arasında daha əvvəl bu şirkətdə işləmiş tanışınız varsa onlardan da məlumat əldə etməyə çalışın. Təbii ki, bu məlumatların etibarlı və tək tərəfli olmadığına əmin olmağınız lazımdır.

Məmnunluq

İşdən kənarda keçirəcəyiniz zaman sizin üçün qiymətlidirsə, tez-tez işdən sonra da qalıb çalışmalı olacağınız bir iş sizin üçün uyğun olmaya bilər. İşləyəcəyiniz şirkətin fəlsəfəsi ” hər nə bahasına olursa olsun pul qazanmaq “, sizinki isə ” hər zaman dürüst olmaq ” dırsa, onda o şirkət sizə görə deyil.

Son qərar

Hər iki halda-aldığınız iş təklifini qəbul etsəniz və ya etməsəniz, verdiyiniz qərar ilə bağlı sizə iş təklif edən şəxsi bu barədə məlumatlandırmağı və təşəkkür etməyi unutmayın. Bunu yazılı şəkildə yaxud telefon vasitəsilə əlaqə saxlayaraq edə bilərsiniz.


Mənbə: news.cvcenter.az