İş görüşlərində zarafatcıl olmağın işə təsiri

İş görüşlərində zarafatcıl olmağın işə təsiri

İş görüşmələrində zarafatcıl olmaq, yumor anlayışını sərgiləmək nə dərəcədə köməkçı ola bilər?

Bir müsahibəni soyuq bir ciddilikləmi yoxsa zərif zarfatlarlamı davam etdirməli?
Yumor, xüsusilə bərabər xüsusiyyətlərə sahib namizədlər arasında seçim edilərkən fərq yaradan bir ünsürdür. Bərabər xüsusiyyətlərə sahib namizədlər arasından biri seçiləcəksə yumor anlayışı daha yaxşı olana qarşı bir meyl vardır. Ancaq yumor anlayışının yaxşı olması əlbəttə nisbi bir vəziyyətdir. Hər kəsin bir yumor anlayışı vardır və öz mühitində yaxşı olaraq qəbul edilə bilər, lakin bir iş görüşməsində bunun yaxşı olaraq qəbul edilməsi üçün işə götürəni gülümsətməsi lazımdır.

Yumor, xarakter haqqında siqnallar daşıyır

Yalnız halınızı çox yaxşı olması və işin tələbləri tam olaraq hətta çox uyğun olması işə götürülmək üçün yetərli olmur. Korporativ mədəniyyətə uyğun xarakterdə olub olmadığınız əhəmiyyətli bir meyyardır. Hər kəs anlayan birni işə götürmək istəyir . İş təlimlə dəyişər anacq xarakter xüsusiyyətləri asanlıqla dəyişməz. Bu səbəblə hər işə götürən mütəxəssisi, işin tələblərini yerinə yetirə biləcək potensiala və təşkilati quruluşa uyğun birini seçməyə çalışır. Yumor isə bir insanın xarakteri haqqında ciddi siqnallar verən bir xüsusiyyət olduğu üçün nəzərə alınır. Ayrıca bir insanı gülümsətmək onun simpatiyasını qazanmaqdır. Antropoloji olaraq gülmək insan növü üçün həmişə bir güvən və simpatiya işarəsi olaraq qəbul edilir. Bu səbəblə işə götürəni gülümsətməyi bacarmaq bacarmaq yolun dörddə üçünü keçmək mənasını gələ bilər amma olduqca riskli bir vasitədir! Əlverişsiz bir zarafatı geri alma şansınız olmaz. Hələ ki zarafatlar anlaşılmadıysa ikinci dəfə şərhə çalışmaq vəziyyəti daha da pisləşdirər. Belə bir vəziyyətdə mövzunun dəyişməsini gözləmək ən yaxşı həlldir.

Köhnə təcrübənizə zarafatlı bir dillə bəhs

İş görüşmələrində yumor, mənfi halları açıqlayarkən bir vasitə olaraq istifadə etmək təsirli olur. Daha əvvəl çalışdığınız iş yeri və ya idarəçiləri pisləmək ya da tənqid etmək yerinə zarafatlı bir dillə onlardan bəhs etmək müsbət bir nəticə verir. Məsələn, köhnə müdürüm maaşları əsla vaxtında verməzdi deyərək pisləmək əvəzinə; “Maaş almaq lotereyadan mükafat qazanmaq idi. Əsla nə zaman və nə qədər alacağımı bilmirdim “kimi bir zarafat vəziyyətin gərginliyini azaldır və qarşı tərəfi gülümsədər. Bir qrupun parçası olan insanların etdikləri zarafatlar, qrup kənarındakıların etdiyi zarafatlardan daha məqsədə uyğundur. Bu səbəblə bir işə girdikdən sonra zarafatcıl olmaq daha məsləhətlidir. Qrupun hissəsi olana qədər yumoru cibdə tutmaq tövsiyə ediləndir.



Mənbə: news.cvcenter.az